Cümə , Oktyabr 30 2020
Ana səhifə / Kriminal / Atasını bıçaqlayıb suda boğdu – Sumqayıtda dəhşət

Atasını bıçaqlayıb suda boğdu – Sumqayıtda dəhşət

Sumqayıtda dəhşətli cinayətin üstü açılıb.
Moderator.az DİN-ə istinadən xəbər verir ki, iyunun 27-də saat 6 radələrində Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsinin dəniz çimərliyində meyit tapılıb. Onun Corat qəsəbə sakini Elşən İsgəndərov olduğu müəyyən edilib.
Araşdırmalarla iyunun 26-da saat 20 radələrində Kimyaçılar qəsəbəsinin dəniz çimərliyində E.İsgəndərovla oğlu İsmayıl arasında baş vermiş münaqişə zəminində sonuncunun onu bıçaqlaması və suda boğması müəyyən edilib.
Görülmüş tədbirlərlə İsmayıl saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …