Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Ata oğlunu DİN əməkdaşı kimi təqdim edib 64 min manat ələ keçirdi – Xətai prokuroruna ilginc müraciət

Ata oğlunu DİN əməkdaşı kimi təqdim edib 64 min manat ələ keçirdi – Xətai prokuroruna ilginc müraciət

“Vahid Əhmədovu xeyli vaxtdır ki, tanıyıram. Ona etibar etmişəm. Qardaşım Ramin Mehdiyev həbsdədir. Vahid Əhmədov da bundan xəbərdar olduğundan 2018-ci ilin iyununda qardaşımın cinayət işinin qutaracağını vəd edərərək 54 min 500 manat aldı. Sonra isə 10 min manat da aldı. O, oğlu Rəşad Əhmədovu Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim etmişdi. Amma adını, soyadını səhv demişdi. Sonradan bildim ki, Vahid öz oğlunu da cinayətinə şərik edib. İşin düzəlmədiyini görüb pulumu geri istədim. Başa düşdüm ki, Vahid Əhmədov etibarımdan, qardaşıma münasibətimdən istifadə edib, pulu da cibnə qoyub. Bir qrup şəxs tərəfindən mənə yalan vədlər verilərək əmlakımın talandığını anlayıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində şikayət ərizəsi yazdım. Ərizəm və ona əlavə edilmiş izahatlar Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinə göndərildi. Lakin heç bir tədbir görülmədi. Ona görə də Sizə müraciət etməyi qərara aldım” – Sabirabad rayonu, Qaratəpə kəndində yaşayan Qabil Mehdiyev Xətai rayon prokuroru Sərdar İmanova məktubunda belə yazıb.Zərərçəkən vətəndaş prokurora yazır ki, işi gülünc əsasla, koronavirus pandemisyası ilə əlaqələndirilməklə araşdırmayıblar: “Belə çıxır ki, pandemiyadır deyə cinayətkarlar nə istəsələr edə bilərlər? Axı bu adamlar mənə qarşı dələduzluq etməklə öz çirkin niyyətlərini qrup şəkilində, həm də təkrarən həyata keçiriblər! Halbuki, mən şikayətimə dələduz şəxsin səsyazmasının mövcud olduğunu da bildirmişdim. Buna baxmayaraq ata və oğulu cinayət məsuliyyətindən yayındırmağa nail oldular”.  Zərərçəkən prokurora yazıb Xətai RPİ-nin 34-cü polis şöbəsində külli miqdarda dələduzluq əməli ilə bağlı araşdırma aparılmamasının səbəbini öyrənmək istəyir: “Niyə görə külli miqdarda dələduqluq edənlər azadlıqda gəzməlidir? Pandemiyadır deyə cinayət edib azad gəzmək olar? Yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakanı ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə icazə verilir? Sizdən xahiş edirəm, qeyd olunanları nəzərə alaraq baş vermiş hadisə ilə əlaqədər olaraq Vahid və Rəşadın əməlində cinayət tərkibinin əlamətlərinin olduğuna görə onların barəsində qanuna müvafiq tədbirlər görülməsini təmin edin. Hesab edirəm ki, bütün hüquqi nəticələr ləğv edilməli və iş materialı istintaqa verilməsi təmin edilməlidir. Belə ki, cinayəti istisna edən hallar yoxdur, əmlakım hələ də həmin şəxslərdədir”.Müraciət müəllifi Xətai prokurorundan xahiş edir ki, Xətai RPİ-nin 34-cü PB-nin təhqiqatçısının qərarı ləğv edilsin və Vahid Əhmədovun, onun oğlunun əməllərinə yenidən hüquqi qiymət verilməsinə dair göstəriş versin.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …