Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Ata Abdullayevlə bağlı qərar verildi

Ata Abdullayevlə bağlı qərar verildi

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan videobloqer Ata Abdullayev barəsində həbs qərarı verilib.

DTX-nin İstintaq orqanının vəsatəti əsasında prokuror məhkəməyə təqdimat verərək A.Abdullayevin 4 ay müddətinə həbs edilməsini istəyib.

Səbail rayon məhkəməsinin hakimi Mədinə Bağırova istintaqın təqdimatını təmin edərək Ata Abdullayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Məhkəmə prosesində çıxış üçün söz verilərkən bloqer Abdullayev zalda diz çöküb yalvararaq hakimdən onu bağışlamasını xahiş edib.

Ata Abdullayev Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə; təkrar törədildikdə) maddələri ilə ittiham edilir.

İlkin məlumata görə, A.Abdullayev 6 vətəndaşı şantaj edərək onlardan pul alıb. İstintaq gedişində zərərçəkmişlərin sayının artması istisna edilmir.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …