Ana səhifə / Kriminal / Ata Abdullayevlə bağlı qərar verildi

Ata Abdullayevlə bağlı qərar verildi

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan videobloqer Ata Abdullayev barəsində həbs qərarı verilib.

DTX-nin İstintaq orqanının vəsatəti əsasında prokuror məhkəməyə təqdimat verərək A.Abdullayevin 4 ay müddətinə həbs edilməsini istəyib.

Səbail rayon məhkəməsinin hakimi Mədinə Bağırova istintaqın təqdimatını təmin edərək Ata Abdullayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Məhkəmə prosesində çıxış üçün söz verilərkən bloqer Abdullayev zalda diz çöküb yalvararaq hakimdən onu bağışlamasını xahiş edib.

Ata Abdullayev Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə; təkrar törədildikdə) maddələri ilə ittiham edilir.

İlkin məlumata görə, A.Abdullayev 6 vətəndaşı şantaj edərək onlardan pul alıb. İstintaq gedişində zərərçəkmişlərin sayının artması istisna edilmir.

Həmçinin oxuyun

Keçmiş nazir Nazim İbrahimovun qardaşı həbs olundu

Bakı şəhəri Xətai rayon məhkəməsinin «STS» şirkəti, «Sahil-D Kompani» MMC-nin təsisçisi, dələduzluq faktlarına görə əvvəllər …