Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Ata Abdullayevin işi məhkəməyə göndərildi

Ata Abdullayevin işi məhkəməyə göndərildi

Həbsdə olan bloqer Ata Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Belə ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Fikrət Qəribovun icraatına verilib.
Cinayət işi üzrə 4 nəfər zərərçəkmiş qismində tanınıb.
Qeyd edək ki, A. Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb.
O, hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilib. Barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …