Ana səhifə / Kriminal / “Atəşgah Sığorta”nı kitabı qapanmaq üzərədir… – İlginc SƏBƏB

“Atəşgah Sığorta”nı kitabı qapanmaq üzərədir… – İlginc SƏBƏB

Ölkədə yaranan maliyyə böhranından istifadə edən banklar və sığorta şirkətləri bu gün vətəndaşların ciddi narazılığı ilə üz-üzə qalıblar.Bu gün bank sistemində yaranan əsas problem əmanətlərlə bağlıdır.Belə ki, banklar artıq vətəndaşların əmanətlərinin geri qaytara bilmirlər və öz öhdəliklərini tam yerinə yetirmirlər.Bu hal sığorta şirkətlərində də yaşanır.Sığorta şirkətləri sığorta hadisəsi baş verdiyi zaman ödənməli olduğu xərcləri ödəməkdən imtina edirlər, ya da süründürməçiliyə yol verirlər. Təsadüfi deyil ki, ötən il bir sıra bank və sığorta şirkətləri fəaliyyətini dayandırdı.

Nəzərə alsaq ki, sığorta şirkətləri adətən, bankların tərkibində yaradılır, bu onu deməyə əsas verir ki, bağlanan banklara bağlı olan sığorta şirkətləri də fəaliyyətini dayandıracaq.Aparılan yoxlamalar zamanı isə bir sıra sığorta şirkətlərində maliyyə fırıldaqları, vergidən yayınma kimi faktlar qeydə alınır.Bu günlərdə isə Vergilər Nazirliyi “Atəşgah” sığorta qrupunda səyyar vergi yoxlamalarına başlayıb.Yoxlamalar qrupa daxil olan həm “Atəşhag Sığorta” ASC-də, həm də “Atəşgah Həyat Sığorta” ASC-də aparılır. Bununla əlaqədar maliyyə holdinqinin qapılarının möhürləndiyi, əməkdaşların iş prosesindən müvəqqəti kənarlaşdırıldığı bildirilir. Vergilər Nazirliyindən isə adı çəkilən sığorta şirkətlərində səyyar vergi yoxlamalarının aparılmadığı deyilib.Xatırladaq ki, “Atəşgah Sığorta” 1996-cı ildə yaradılıb və onun nizamnamə kapitalı 5 milyon 8 min 5 yüz manat təşkil edir.Şirkətin səhmlərinin 63 faizi “İSR Holding” MMC-yə, 27faizi “Ran-Exim” MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur. “Atəşgah Həyat Sığorta” isə 1998-ci ildə yaradılıb, onun nizamnamə kapitalı 6,5 milyon manatdır və bu şirkətin 100 faiz səhmləri “Ran-Exim” MMC-yə məxsusdur.

Yoxlamaların məqsədi, səbəbi ictimaiyyətə açıqlanmasa da ehtimal olunur ki, aparılan yoxlamalardan sonra “Atəşgah Sığorta” qrupunun fəaliyyəti dayandırılacaq. Qeyd edək ki, vətəndaşların şikayət etdiyi sığorta şirkətlərinin siyahısında ən çox adı çəkilən də məhz “Atəşgah” sığorta şirkədir.Şikayətlərin əsasını isə dəymiş ziyanın zamanında ödənilməməsi, süründürməçiliyə yol verilməsi və bir çox hallarda ümumiyyətlə, ödəniş edilməməsi təşkil edir.Ehtimal olunur ki, yoxlamalara da məhz “Atəşgah Sığorta” şirkətindən başlanılması şikayətlərin çoxluq təşkil etməsilə bağlıdır.Ekspertlər hesab edir ki, sığorta şirkətlərində bu gün kifayət qədər problemlər var. Ödənişlərin edilməməsi, süründürməçilik bu gün sığorta müştərilərinin ciddi narazılıqlarına səbəb olur.Sığorta ekspertləri bildirir ki, sığorta şirkətləri yalnız bir halda ödəniş etməkdən imtina edə bilər ki, baş vermiş hadisə təbii fəlakət olsun.Ancaq sığrota şirkətlərinin adi yağan yağışdan, əsən küləkdən təbii fəlakət kimi istifadə edirlər və sığorta hadisəsi zamanı dəymiş zərərin ödənilməsindən imtina edirlər.Bu isə sığorta şirkətlərinin necə işləməsinin bariz göstəricisidir.

“Atəşgah Sığorta”nın isə səhm sahibları kifayət qədər nüfuza malik şəxslərin rəhbərlik etdiyi qurumlardır. SOCAR-ın adını çəkmək kifayət edər ki, bu şirkətlər qurupuna kimlərin rəhbərlik etdiyini görmək mümkün olsun.Vergilər Nazirliyinin dövlət şirkətinin səhmdarı olduğu qurumda yoxlamalara başlaması isə qaranlıq məqamların olduğundan xəbər verir.Hər bir halda yaxın zamanlarda yoxlamaların nəticəsi bəlli olacaq.
Cebhe.info

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın