Çərşənbə axşamı , May 11 2021
Ana səhifə / Kriminal / Astarada meşə ərazisində yeyib-içmək məclisi təşkil edənlər həbs edildi

Astarada meşə ərazisində yeyib-içmək məclisi təşkil edənlər həbs edildi

DİA.AZ: – Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan DİA.AZ-a verilən məlumata görə, bu istiqamətdə Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində rayonunun Siyakü kəndindəki meşəlik ərazidə 6 nəfər rayon sakininin yeyib-içmək məclisi düzəldərək xüsusi karantin rejiminin qaydalarını pozduğu müəyyən edilib. Həmin şəxslər saxlanılaraq Astara Rayon Polis Şöbəsinə gətiriliblər. Onlardan 3 nəfəri rayon məhkəməsinin qərarı ilə inzibati qaydada həbs edilib, digərləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Həmçinin oxuyun

Azərbaycanda məmurun sürücüsü cinayət törədərək ölkədən qaçdı – FAKTLAR

Qaçqınların və Məcburi Köçkünlərin işi Üzrə Dövlət Komitəsində (QMKİÜDK) şöbə müdiri işləyən Nizami Allahverdiyevin sürücüsü …