Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Kriminal / Astarada 3 uşaq atası özünü asdı – Cəsədini həyat yoldaşı tapdı

Astarada 3 uşaq atası özünü asdı – Cəsədini həyat yoldaşı tapdı

Astara rayonunda 43 yaşlı kişi özünü asıb.

Azinforum.az  Report-a istinadən xəbər verir ki, hadisə rayonun Kijəbə qəsəbəsində qeydə alınıb. 

Belə ki, həmin qəsəbənin sakini, 1976-cı il təvəllüdlü Samir Hacıəli oğlu Məmmədovun cansız bədəni həyat yoldaşı tərəfindən yaşadığı evin həyətindəki ağacdan asılmış vəziyyətdə aşkar edilib. 

Üç övlad atasının hansı səbəbdən intihar yolunu seçdiyi məlum deyil. 

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır. 

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …