Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Astarada ər və arvad bir-birini bıçaqlayıb

Astarada ər və arvad bir-birini bıçaqlayıb

Astara şəhərində ər və arvad arasında bıçaqlaşma olub.

“Report”un Cənub bürosunun məlumatına görə, hadisə 1981-ci il təvəllüdlü Astara rayonu Şahağacı kənd sakini Yeganə İltifat qızı Hüseynova və onunla qeyri-rəsmi nikahda olan, 1986-cı il təvəllüdlü Təngərüd kənd sakini Hüseynov Kamin Kazım oğlunun “Qum” küçəsində kirayədə qaldıqları evdə baş verib.

Aralarında yaranan şəxsi münaqişə zamanı Y.Hüseynova meyvə qabındakı bıçaqla K.Hüseynovun boyun nahiyəsinə xəsarət yetirib. Ardınca K.Hüseynov bıçağı onun əlindən alaraq qadına 4 zərbə endirib. Hadisə zamanı evdə Y.Hüseynovanın əvvəlki nikahdan olan yeniyetmə qızı olub. Hər iki yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlar əməliyyat olunduqdan sonra Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …