Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / AST Telman 100 milyonla “Mardan Palace” otelini hərracdan qurtardı

AST Telman 100 milyonla “Mardan Palace” otelini hərracdan qurtardı

Azərbaycanlı milyarder Telman İsmayılovun Antaliyadakı “Mardan Palace” otelinin satışı ilə ilə bağlı yeni məlumat yayılıb.
ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, otelin sahibi Telman İsmayılov (AST) icra idarəsinə olan 100 milyon dollarlıq borcu ödəyəcəyini bildirib. Milyarderin bu öhdəliyi qəbul etməsi ilə otelin satışı dayandırılıb. T.İsmayılovun borcunun 68 milyon dollar civarında olduğu bildirilirdi. İş adamı 100 milyon dollarlıq borcunu 4 il ərzində illik 25 milyon dollar olaraq ödəyəcək.
Qeyd edək ki, iş adamından borcunu ala bilməyən “Halkbank” rəsmi orqanlara müraciət edərək haqqını tələb etmişdi. Nəticədə icra iş adamının otelini hərraca çıxarmaq haqqında qərar qəbul etmişdi. Ancaq otelin satışına razılıq verməyən Azərbaycan əsilli iş adamı rəsmi olaraq borcu ödəyəcini bildirib.
Azərbaycan əsilli iş adamı Telman İsmayılovun sahibi olduğu dünyanın ən bahalı otellərindən “Mardan Palace” 2009-cu ildə açılıb və təxminən 1.5 milyard dollara başa gəlib. “Mardan Palace” 23 may 2009-cu il tarixində istifadəyə verilib. Otelin açılışında dünyanın məşhur ulduzları iştirak edib.

 

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın