Cümə axşamı , Avqust 22 2019
Ana səhifə / Kriminal / Aşağı neft qiymətləri yeni imkanlar açır – Məqalə

Aşağı neft qiymətləri yeni imkanlar açır – Məqalə

Belçikanın tanınmış “EurActiv” xəbər portalında Azərbaycanla bağlı “Neftin qiyməti aşağı olaraq qaldıqca, Azərbaycan sərmayəçilər və turistlər üçün yeni imkanlar açır” (As oil prices remain low, Azerbaijan makes openings to investors, tourists” – http://www.euractiv.com/sections/europes-east/oil-prices-remain-low-azerbaijan-makes-openings-investors-tourists-321208) adlı məqalə dərc olunub.
AzVision.az-ın məlumatına görə, məqalədə qeyd edilib ki, Azərbaycan iqtisadiyyatı çox neft və qaz sektoruna söykənir və neftin qiymətinin kəskin aşağı düşməsi nəticəsində ölkə iqtisadiyyatını diversifikasiya etmək, iqtisadiyyatının qapılarını sərmayəçilərin üzünə geniş açmaq və daha çox turist cəlb etmək istiqamətində addımlar atmağa başlayıb.

Xəbər portalı Azərbaycan Prezidenti İlham Əliyevin son günlər etdiyi çıxışlardan sitatlar gətirərək, hazırki şəraitdə ölkənin əsas məqsədinin növbəti illər ərzində qeyri-neft sektorunun sürətlə inkişaf etdirmək olduğu yazıb. Eyni zamanda, məqalədə biznes mühitinin daha da yaxşılaşdırılmasının, iş adamları üçün istər paytaxtda, istərsə də regionlarda daha yaxşı şəraitin yaradılmasının, ölkənin iqtisadi və maliyyə sisteminin daha da şəffaflaşdırılmasının və bürökratik əngəllərin aradan qaldırılmasının zəruriliyinin vurğulanıb.

Həmçinin məqalənin müəllifi, Azərbaycanın cari ilin iyun ayında “Formula-1” yarışlarına ev sahibliyi etmək planlarını yenidən nəzərdən keçirmək niyyətində olmadığını və ölkənin İslam Həmrəyliyi Oyunlarına da ev sahibliyi etməyə hazırlaşdığını qeyd edib.

Həmçinin oxuyun

Bakıda taxta bazarı yanır – Fotolar+Video

Nərimanov rayonu, “Baksol” yolunda yerləşən taxta bazarında yanğın başlayıb.  Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri …

Bir cavab yazın