Çərşənbə , İyun 16 2021
Ana səhifə / Kriminal / Arvadını öldürən hakimin vəkillərinə – Rəsmi xəbərdarlıq

Arvadını öldürən hakimin vəkillərinə – Rəsmi xəbərdarlıq

Dünən gecə saatlarında arvadını güllələyərək öldürən hakim Fəqan Əhmədovun vəkili hadisə ilə bağlı açıqlama verib.

Vəkil Ceyhun Yusifov “Qafqazinfo”ya bildirib ki, F.Əhmədov arvadı Pərvanə Əhmədovanı qəsdən öldürməyib: “Hadisə məhz ehtiyatsızlıqdan baş verib. Bununla bağlı istintaq getdiyi üçün geniş açıqlama verə bilmərik”.

İddia olunur ki, F.Əhmədov yeni bağ evi tikdirib və qətlin baş verdiyi həmin evə yeni köçüblərmiş. Dünən axşam saatlarında da evində məclis keçirən Fəqan Əhmədov spirtli içki qəbul edib. Hadisə baş verərkən hakimin içkili olduğu iddia edilir. 

Rəsmi məlumata görə, F.Əhmədov arvadını qəsdən öldürdüyü üçün Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, 1976-cı il təvəllüdlü Fəqan Rövşən oğlu Əhmədov 2016-cı ildən Sabunçu Rayon Məhkəməsinin hakimidir. Cütlüyün 3 övladı var.

***

Baş Prokurorluq hakim Fəqan Əhmədovun vəkillərinin açıqlaması ilə bağlı “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, cinayət işi üzrə intensiv istintaq hərəkətləri aparıldığı hazırkı dövr ərzində hər hansı açıqlamanın verilməsi istintaqın gedişatına təsir kimi qəbul ediləcək: “Odur ki, Baş Prokurorluq bu kimi hərəkətlərdən çəkinməyi tövsiyə edir”.

Həmçinin oxuyun

“Zevs” ləqəbli şəxsin hərəkəti araşdırılır – DİN

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə izləyicisini döyərək lentə alan şəxslə bağlı yayılan videogörüntülərə münasibət …