Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Kriminal / Arvadını öldürən azərbaycanlı iş adamına ağır cəza

Arvadını öldürən azərbaycanlı iş adamına ağır cəza

Goranboyda arvadını maşınla vurub daha sonra bıçaqla öldürən iş adamı Mehman Süleymanovun məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, M.Süleymanov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin martın 24-də qeydə alınıb.

Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən M.Süleymanov ifadəsində bildirib ki, qətlə yetirdiyi arvadı Əfsanə Məmmədova həm də onun xalası qızı olub.

Cütlük 2003-cü ildə ailə həyatı qurub və onların bu evlilikdən üç övladı dünyaya gəlib.

Mehmanın sözlərinə görə, evli olduqları müddət ərzində onun Əfsanə Məmmədova ilə dəfələrlə ailə daxili söz-söhbətləri olub. Tərəflər arasında ən ciddi münaqişələrdən biri də 2019-cu ilin mayın 28-də baş verib. Belə ki, yaranmış mübahisə nəticəsində Mehman qayçı ilə Əfsanəyə 4-5 dəfə zərbə endirib.

Həmin vaxt M.Sülehmanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 3 il müddətinə azadlıqadan məhrum edilib, daha sonra bu cəza 2 il sınaq müddəti ilə əvəz olunub.

Cütlük arasında növbəti mübahisə isə Mehmanın öz bacılarına maddi yardım etməsi üstündə baş verib. Bu hadisədən sonra təxminən 10 gün bir-birilərini danışdırmayıblar. 10 gün sonra isə axşam saatlarında Mehman işdə olduğu zaman ortancıl oğlu ona zəng edərək anasının evdən getdiyini bildirib.

Bundan sonra o, Əfsanəni vatsapda bloka atıb. Əfsanə də instaqramda ona toxunan iynələyici paylaşımlar edib. Bundan sonra isə kiçik oğlu vatsapda atasına səsli mesaj ataraq, “Ata sən şərəfsizsən, alçaqsan, sən qocalanda biz sənə yaxın gəlməyəcəyik” deyib.

Bundan başqa, o bir-iki dəfə qaynı Mehmanı götürüb işə aparmaq üçün baldızı Nurtəkinin şirniyyat sexinə gedib. Həmin vaxtlar Nurtəkinlə Əfsanə də danışmayıblar. O, Mehmanı götürməyə getdiyi zaman Nurtəkin ona “Neyləyirsən Əfsanəni, başını burax getsin, yəqin pullu birini tapıb yaşayır da, eşitdiyimə görə maşın almaq istəyir” deyib.

Mehman Nurtəkinin bu sözlərinə inanmaq istəməyib, lakin Əfsanənin yaşayış tərzi, yəni, instaqramda gəzdiyi yerlərin şəklini paylaşmağı, bundan başqa “İphone 12” markalı telefon işlətməsi, şuba geyinməsi, işləmədən kirayədə qalmasını düşündükdə, Əfanənin başqa biri ilə münasibətinin olduğunu fikirləşib.

Mehman həm də bu qənaətə gəlib ki, Əfsanə uşaqlarını atalarına qarşı öyrədib və onlara nalayiq sözlər dedizdirib.

Bütün bu səbəblərdən o, Əfsanəni gördüyü yerdə öldürmək qərarına gəlib. O, bunu Əfsanənin qohumlarının yanında da deməkdən çəkinməyib.

18 mart 2022-ci il tarixdə o, qaynı Mehmanla birgə Bakıdan Ağdaşa bacısı Zülfiyyəgilə qonaq gedib.  Mehman Süleymanov daha sonra uşaqlarının Dəliməmmədlidə şəhərində olduğunu öyrənib. O, baldızına zəng edərək kiçik oğlunu görmək istədiyini bildirib. Lakin bir neçə dəqiqə sonra Nurtəkin ona zəng edərək oğlunun onunla görüşmək istəmədiyini bildirib. Mehman da bundan əsəbiləşib və oğlu ilə qayınanasının evində görüşəcəyini bildirib.

Mehman sözügedən ünvana gələn zaman baldızı ilə Əfsanənin yolla getdiyini görüb. O, maşını onların qarşısında saxlayaraq Əfsanəyə yaxınlaşmaq, ondan hansı səbəbdən evdən getdiyini soruşmaq istəyib. Əfsanə isə Mehmanı görən kimi qaçmağa başlayıb. Bundan sonra əri “Land Rover” markalı avtomobilinə əyləşərək maşını Əfsanənin arxasınca sürüb və onu vurub. Mehman daha sonra maşında olan bıçağı götürüb və yerdə huşsuz vəziyyətdə olan arvadına üç bıçaq zərbəsi endirərək onu qətlə yetirib. Davamında isə Mehman yoldan keçən tanımadığı avtomobilə əyləşib və onu polisə aparmasını xahiş edib.

Həmçinin oxuyun

Sabiq başçıdan milyonluq mülk və maşınları alındı – SİYAHI

İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə …