Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Kriminal / Arvadını bıçaqlayıb özünü dənizə atdı – Bakıda ailə dramı

Arvadını bıçaqlayıb özünü dənizə atdı – Bakıda ailə dramı

Bakının Xəzər rayonunda ailə dramı yaşanıb.

“ Azinforum.az ” ın Oxu.az-a istinadən məlumatına görə, aprelin 23-də saat 11:25 radələrində Mərdəkan qəsəbəsində 37 yaşlı Dədəcanov Natiq İlham oğlu münaqişə zəmnində həyat yoldaşı Dədəcanova Vüsalə Tofiq qızına iki bıçaq zərbəsi vurub.

Nəticədə qadın 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisədən sonra Natiq Dədəcanov Səbail rayonunda, Dəniz Vağzalı ərazisində intihara cəhd edib. N.Dədəcanovu Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları xilas ediblər.

O, ilkin izahatında bildirib ki, hadisə zamanı affekt halında olub və çox peşmandır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Həmçinin oxuyun

Baş Prokurorluq Semyon Peqovun cinayətləri ilə bağlı Rusiyaya müraciət edib

Baş Prokurorluq məlumat yayıb. Qurumun Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir: “Bəzi kütləvi informasiya vasitələrində və …