Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Kriminal / Arvadına 14 bıçaq zərbəsi vuran 83 yaşlı kişiyə ağır cəza VİDEO

Arvadına 14 bıçaq zərbəsi vuran 83 yaşlı kişiyə ağır cəza VİDEO

2020-ci il fevralın 22-də 1 saylı Kliniki Tibbi Mərkəzə çoxsaylı deşilmiş-kəsilmiş yaralarla 74 yaşlı paytaxt sakini Solmaz Hacıyeva gətirilib.

Baku TV xəbər verir ki, yarası ağır olduğundan qadın dərhal cərrahi əməliyyat olunub. Araşdırma zamanı məlum olub ki, Solmaz Hacıyevanı yaşadığı Yasamal rayonu, Qızıl Şərq küçəsi, 324 ünvanındakı mənzildə həyat yoldaşı, 83 yaşlı Hüseyn Hacıyev bıçaqlayıb.

İstintaqla müəyyən edilib ki, Hüseyn Hacıyev 1937-ci ildə Bakı şəhərində anadan olub, əvvəllər məhkum olunmayıb. Məlum olub ki, fevralın 22-i saat 8 radələrində Hüseyn Hacıyev yaşadığı evdə hamam otağının su qızdırıcısını yandırmaqla bağlı yaranmış mübahisəni bəhanə edərək həyat yoldaşı Solmaz Hacıyevanı öldürmək qərarına gəlib.

Məişət təyinatlı bıçaqla mənzilin yataq və mətbəx otağlarında qadına ümumilikdə 14 bıçaq zərbəsi vurub. Qadının kömək niyyəti ilə ev telefonu vasitəsi ilə qardaşına zəng vurmasını gördükdə mane olmaq üçün telefonun naqilini kəsmək istəyib. Solmaz Hacıyeva qaçaraq binanın həyətinə düşüb.

Təqsirləndirilən şəxs qismində dindirilmiş Hüseyn Hacıyev bildirib ki, həyat yoldaşına bıçaqla xəsarətlər yetirsə də, onu öldürmək fikri olmayıb. Birinci arvadı 1987-ci ildə vəfat etdikdə, övladları balaca olub və o, yenidən evlənmək qərarına gəlib. 1989-cu ildə Solmazla ailə həyatı qurub.

Zərərçəkmiş Solmaz Hacıyeva bildirib ki, hadisə zamanı telefonla qardaşıgilə zəng vurub və qardaşının arvadına “öldüyünü” deyərək, kömək istəyib. Əri mətbəxdə olanda o, mənzilin qapısını açaraq, həyətə düşüb. Marketin qarşısına çatanda, qarınından və digər nahiyələrindən qan gəldiyini görüb.

Məhkəmə hesab edib ki, Hüseyn Hacıyevin əməli CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib, cəzalandırılmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hüseyn Hacıyev 7 il 10 ay müddətinə azadlıqdan məhrum olunub.

Həmçinin oxuyun

Bakıda dayə evdən oğurluq etdi- Cinayəti törədənin 12 yaşlı öz qızı olduğunu dedi

Bakıda dayə işlədiyi evdən oğurluq etməkdə ittiham olunur. İşin ilginc tərəfi budur ki, qadın oğurluğu …