Ana səhifə / Kriminal / “Arvadım “mənim erotik şəkillərimi və ya videomu görsən nə hiss keçirdərsən” – Moteldəki qətlin şok təfərrüatı

“Arvadım “mənim erotik şəkillərimi və ya videomu görsən nə hiss keçirdərsən” – Moteldəki qətlin şok təfərrüatı

Bakının Binəqədi rayonunda arvadını öldürməkdə təqsirli bilinən Salyan rayon sakini, 1982-ci il təvəllüdlü Murad Şamilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Murad Binəqədi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edən və faktiki olaraq 2020-ci ilin iyun ayından etibarən anası Zəmilə Məmmədova ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167, “AAAF park” yaşayış massivi, 26 saylı küçə, bina 1, mənzil 21 ünvanında yaşayan arvadı Şəhanə Şamilova ilə barışmaq məqsədilə sonuncunun müğənni kimi fəaliyyət göstərə biləcəyi ictimai iaşə obyekti tapıb, bu yolla ona köməklik göstərərək onunla barışmağı qərarlaşdırıb.


Ər-arvad Mirələmovun obyektinə niyə gedib?


Murad Şəhanənin istifadəsində olan nömrəyə zəng edərək danışdıqdan sonra həmin gün, saat 21 radələrində idarə etdiyi “Renault Megane” markalı avtomobillə onu Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şossesi 32 ünvanında yerləşən “1001 gecə” adlanan ictimai iaşə obyektinə aparıb. Qeyd olunan obyektin həyətində inzibatçı ilə təklikdə danışaraq sonuncudan arvadını müğənni kimi işə götürməsini xahiş edib.


İnzibatçı da Muradın xahişlərini nəzərə alaraq təklif etdiyi şərtlə razılaşıb. Sonra Murad Şəhanə ilə həmin obyektdən ayrılıb, yol ilə hərəkət edərkən Şəhanə ilə birlikdə yemək yeməyi təklif edib. Şəhanə razılaşdıqdan sonra hər ikisi birlikdə “Salt” adlanan motelə gəliblər. Motelin inzibatçısı onları bir mərtəbəli motelin 2 nömrəli otağına yerləşdirib. Mirad arvadının onunla barışmayacağı təqdirdə onu  öldürmək qərarına gəlib.


Moteldə qətl


Bu məqsədlə motelin həyətindəki avtomobilinin yük yerində saxladığı bıçağını götürərək belinə qoyub və arvadı ilə barışıb, ər-arvad münasibətlərini davam etdirmək, bununla da nigahlarını bərpa etməklə bağlı danışıqlar aparıb.


Amma Şəhanə razılaşmadığından aralarında sözlə mübahisə yaranıb. Mübahisə zamanı Şəhanənin başqa kişi ilə yaxın münasibətlərinin olmasını bildirib, ər-arvad münasibətlərini bərpa edə bilməyəcəyini və arvadının ona xəyanət etdiyini yəqin edib. O, qısqanclıq zəminində arvadına ümumlikdə 18 bıçaq zərbəsi vurub. Şəhanə aldığı xəsarətdən ölüb.


İstintaq orqanı tərəfindən Murad Şamilovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


“Ailəmin ehtiyaclarını ödəmişəm”


Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Murad Şamilov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, 2005-ci ildə Şəhanə ilə rəsmi nigaha daxil olmaqla ailə həyatı qurub: “Həmin nigahdan 2007-ci ildə Tahir, 2010-cu ildə Ayla və 2015-ci idə Ayan adlı övladlarım oldu. Təxminən 2009-cu ildə Nəqliyyat Nazirliyində işə düzələrək təxminən 2015-ci ilədək baş məsləhətçi vəzifəsində işləmişəm. Sonuncu tarixdə isə nazirliyin rəhbərliyində dəyişiklik olduğundan işdən azad edildom. Arvadım ilə birgə razılığa əsasən Biləcəri qəsəbəsində yaşadığımız evi satdıqdan sonra müxtəlif yerlərdə kirayədə yaşamağa başladıq. Həmin ərəfədə hər hansı işlə məşğul olmadığımdan adətən anamdan və bacım Sevincdən aldığım pullar hesabına kirayə pulunu verdim. Çətinliklə ailəmin ehtiyaclarını ödəmişəm”.


“Qısqandığım üçün özüm aparcağımı dedim”


Murad Şamilovun sözlərinə görə, ailə həyatı qurduğu ilk aylarda Şəhanə ilə münasibətləri yaxşı olub: “Aramızda ailə münaqişəsi zəminində mübahisələr olmayıb. Lakin sonradan Şəhanə müğənni kimi işləmək istədi. Mən, bu hala etiraz etdiyimdən aramızdan tez-tez mübahisələr yarandı. Həmin mübahisələr zamanı isə adətən Şəhanə birlikdə yaşadığımız evi uşaqlarım ilə birlikdə tərk edərək anam Zəmilə və atam Savalanın birlikdə yaşadığı evə getdim. Aramızda yaranmış mübahisələr nəticəsində Şəhanə ayrı-ayrı tarixlərdə 3 dəfə, yəni 2016-cı ildə, 2017-ci ildə və sonuncu dəfə isə 2020-ci ildə məndən boşanmaq məqsədi ilə Binəqədi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdi. İki halda Şəhanə boşanmaq üçün məhkəməyə müraciət etdikdən sonra sonrakı vaxtlarda Şəhanə ilə barışdım. Qısqandığım üçün Şəhanəni toylara özümün aparacağım, müxtəlif şadlıq evləri ilə Şəhanənin toylarda oxuması üçün özümün danışacağım, toylarda Şəhanənin yanında dayanacağım, toy bitdikdən sonra isə Şəhanəni evə özümün aparacağım şərti ilə Şəhanənin müəğənni kimi fəaliyyətinə icazə verdim”.


“Ailəmizə müsbət təsir etdi”


Təqsirləndirilən şəxs qeyd edib ki, sonradan Şəhanə müxtəlif tarixlərdə və müxtəlif şadlıq saraylarında müğənni kimi işə başlayaraq günəmuzd işçi kimi pul qazanıb: “Şəhanə ifa edərək pul qazandıqda kefi, hal-əhvalı yaxşı olub. Bu da ailəmizə müsbət təsir etdi. Lakin Şəhanə həmin məclislərdə hər hansı bir kişi ilə müğənni kimi fotoşəkillər çəkdirdikdə, şadlıq evlərinin rəhbərləri bəzən Şəhanəyə ev və maşın hədiyə etməyi təklif etdiklərindən həmin şəxslərin Şəhanə ilə intim münasibətdə olmaq istədiklərini bildiyim üçün bu hallara etiraz etdim. Buna görə də Şəhanə ilə aramızda tez-tez mübahisələr yarandı. Eləcə də, Şəhanəyə “İnstagram” sosial şəbəkəsində hesab açmağa icazə verməməm də aramızda mübahisələrə səbəb oldu”.


“Başqa kişilərlə ünsiyyət saxlamasından şübhə etdim”


Murad Şamilovun sözlərinə görə, 2020-ci ilin iyun ayının sonlarında mübahisə etdiklərinə görə Şəhanə övladları ilə birlikdə yaşadıqları evdən ayrılaraq Xırdalan şəhərinə anası Zəmilənin yaşadığı evə köçüb: “Şəhanə anası Zəmilənin yaşadığı evə köçdükdən sonrakı tarixlərdə uşaqlarım Aylan və Tahirin istifadəsində olan mobil nömrələrinə zəng edərək həm uşaqlarım, həm də Şəhanə ilə əlaqə saxladım. Həmin danışıqlar zamanı Şəhanə mənə əvvəllər istifadə etdiyi mobil nömrəni artıq istifadə etmədiyini dedi. Buna baxmayaraq Şəhanənin gizlin şəkildə mobil telefon istifadə etməsinə şübhə etdim. Şübhə etməyimə baxmayaraq Şəhanə ilə aramızda olan qeyd etdiyim danışıqlar zamanı, eləcə də demək olar ki, hər gün Xırdalan şəhəri gedərək Şəhanə və uşaqları ilə görüşən zaman Şəhanə ilə barışmağa cəhd etdim. Lakin Şəhanə hər dəfə barışmaqdan imtina etdi. Həmin ərəfədə Şəhanənin başqa kişilərlə ünsiyyət saxlamasından şübhə etdim”.


“Mənimlə barışmadı”


Murad Şamilov bildirib ki, Şəhanə ondan boşanmaq məqsədi ilə 2020-ci ildə Binəqədi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdiyindən avqust ayının sonlarında boşanmaqları ilə bağlı keçiriləcək məhkəmə iclasında iştirak etməsi üçün məhkəmədən mobil nömrəsinə sms məlumat da gəlib: “Həmin tarixdən sonra da dəfələrlə barışmaq üçün Şəhanəyə həm zənglər etməklə, həm də gedib görüşməklə onu boşanmaqdan imtina etməsinə nail olmağa çalışdım. Lakin, Şəhanə qəti şəkildə boşanmaq istədiyindən mənimlə barışmadı. Bütün bunlara baxmayaraq, Şəhanə ilə barışmaq üçün sonuncu cəhd kimi Şəhanəyə müğənni kimi daimi fəaliyyət göstərə biləcəyi ictimai iaişə obyekti tapıb, Şəhanəyə bu cür köməklik göstərərək barışmağı fikirləşdim. Bu məqsədlə Şəhanənin işləyə biləcəyi münasib obyekt axtaran zaman Bakı şəhəri Şıxov qəsəbəsində yerləşən “1001 gecə” adlanan ictimai iaşə obyektində, yəni restoranda mühafizəçi işləyən kim olmasını xatırlamadığım şəxsdən orada administrator kimi çalışdığını öyrəndim. Əvvəllər tanımadığım və hər hansı münasibətinin olmadığım Amir adlı şəxsin mobil nömrəsini öyrəndim”.


“Boşanmaqdan imtina etməsini istədim”


Təqsirləndirilən şəxs deyib ki, Amirlə danışıq aparmamışdan əvvəl qızı Aylanın istifadəsində olan mobil nömrəyə zəng edərək Şəhanə ilə danışıb, müğənni kimi fəaliyyət göstərə biləcəyi obyekt tapdığını, birlikdə həmin obyekdə gedib, iş şərtləri və alacağı məvaciblə bağlı danışıq aparmalı olduqlarını deyib: “Həmin danışıq zamanı biz növbəti gün birlikdə “1001 gecə” adlandırılan ictimai iaşə obyektinə getməyi qərarlaşdırdım. Əvvəlcədən “1001 gecə” adlanan restoranın administratoru Amirlə danışıq aparmaqla, Amir Şəhanəyə hansı məbləğdə pul verməyi təklif edərsə, müəyyən məbləğdə də öz cibimdən Amirə Şəhanəyə verməsi üçün pul verməyi planlaşdırdım. Şəhanənin yüksək məvacib alacağı üçün həmin obyektdə işləməyə razılıq verməsini və bu işə onun köməkliyi ilə girdiyi üçün onunla barışıb, boşanmaqdan imtina etməsini istədim”.


“Qızlarımı görməyə gedəcəyimi bildirdim”


Murad Şamilov bildirib ki, sonradan Amirlə zəngləşib: “Amirin istifadəsində olan mobil nömrəyə zəng edərək özümü təqdim etdim. Arvadım olduğunu demədən “bir xanım müğənni var, istəyirsinizsə sizin obyektdə oxusun” deyə bildirdim. Amir obyektdə 2 nəfər müğənni çalışdığını, əlavə şəxsə ehtiyac olmadığını dedi. Amirə axşam saatlarında həmin xanım müğənni ilə birlikdə obyektə gəlmək istədiyimi, gətirəcəyim müğəninin səsini dinləməsini və bu işlə bağlı söhbət etmək istədiyimi dedim. Çoxsaylı xahişlərindən sonra Amir dediklərimə etiraz etməyərək axşam saatlarında obyektə gələ biləcəyimizi dedi. Həmin tarixdə saat 18.30-da yenidən Amirə zəng edərək təxminən hansı saatda obyektə gələ biləcəyimizi soruşdum. Amir də təxminən saat 20-21 radələrində gələ biləcəyimizi dedi. Saat 19 radələrində qızım Aylanın istifadəsində olan mobil nömrəyə zəng edərək Şəhanə ilə danışdım, saat 9-a işləmiş hazır olmasını, birlikdə danışıq aparmaq üçün obyektə gedəcəyimizi dedim. Şəhanə də həmin vaxtda hazır olacağını bildirdi. Daha sonra anam Həyatın yaşadığı evə getdim. Həmin tarixdə bacılarım Nərgiz, Sevinc və Lalə də həmin evdə oldu. Evə daxil olduqda Sevinc məndən qızlarım Ayla və Ayanı görməyə gedib-getməyəcəyimi soruşdu. Sevincə həmin istiqamətdə müştəri olarsa uşaqları görməyə gedəcəyimi bildirdim”.


“Yola çıxdığımı bildirdim”


Murad Şamilovun sözlərinə görə, lakin Şəhanə ilə iş danışığı aparmaq üçün gedəcəyi barədə hər hansı məlumat verməyib: “Bundan sonra Sevinc Ayla üçün 1 cüt ayaqqabı, eləcə də uşaqların yeməsi üçün “Şaurma”nı paketə qoyaraq mənə verdi. Həmin ərəfədə oğlum Tahir təxminən 10 gün idi ki, anam Həyatın yaşadığı evdə qalmışdı, göstərdiklərindən sonra təqribən saat 20 radələrində evdən çıxdım və idarə etdiyim “Renault Megane” markalı avtomobillə Şəhanənin anası Zəmilənin evinin olduğu Xırdalan şəhərindəki binanın qarşısına doğru getdim. Evdən çıxan zaman qızım Aylanın istifadəsində olan mobil nömrəyə zəng edərək Şəhanə ilə danışdım və onu götürmək üçün yola çıxdığımı bildirdim. Həmin danışıq zamanı Şəhanə mənə qızım Aylanın da bizimlə getmək istədiyini ded. Lakin Şəhanə ilə təklikdə qalmaq və münasibətlərini düzəltmək üçün buna etiraz edərək iş görüşməsinə getdiyimizi, oraya uşağın getməli olmadığını dedim. Şəhanəni götürmək üçün gedən zaman yolda avtomobildə yanında sağ ön oturacaqda oturmasına nail olmaq üçün avtomobilin arxa oturacaqlarını bərkidilmə yerindən sökərək arxa dayaq hissəyə söykədim. Zəmilənin evinin olduğu Xırdalan şəhərindəki binanın qarşısına çatdıqda, qızım Aylanın istifadəsində olan mobil nömrəyə zəng edərək Şəhanə ilə danışdım, ona bu barədə məlumat verdim. Bir qədər sonra Şəhanə uşaqlarım Ayan və Ayla ilə birlikdə yanıma gəldi. Həmin vaxt Ayla və Ayanla görüşdükdən sonra özüm ilə gətirdiyim əşyaları onlara verdim. Uşaqlara evə geri qayıtmalarını, özümüzün isə iş danışmaq üçün getdiyimizi bildirdim. Həmin vaxt Şəhanə Aylanı geri çağırdı, istifadəsində olan “Samsung” markalı mobil telefonu aldı. Bundan sonra Şəhanə avtomobilin arxa oturacağına əyləşmək istədi. Lakin arxa oturacaqların yerində olmadığını gördü, məndən bunun səbəbini soruşdu. Şəhanəyə yalandan arxa oturacaqların bərkidilmə yerindən çıxdığını, tezliklə ustaya apararaq təmir etdirəcəyimi dedim”.


“Şəhanənin arvadım olduğunu dedim”


Murad Şamilov deyib ki, bundan sonra Şəhanə ön oturacağa yanına əyləşib və birlikdə “Şıxov” adlanan ərazidə yerləşən “1001 gecə” adlanan restorana gediblər: “Həmin yerə saat 21 radələrində çatdıqda Amirə zəng edərək bu barədə məlumat verdim, görüşmək istədiyimi dedim. Amirlə obyektin canlı müsiqi oxunan səhnəsinin yanında görüşdük. Amirlə görüşdükdən sonra Şəhanəyə orada olan divanda əyləşərək gözləməyini və Amirlə danışacağımı dedim. Şəhanə divana əyləşdikdə, Amirə yaxınlaşdım, bir qədər kənara çəkərək Şəhanənin arvadım olduğunu, Şəhanənin boşanmaq üçün məhkəməyə müraciət etdiyini, 3 uşağımızın olduğunu, hazırda ayrı yaşadığımızı, Şəhanə ilə barışmaq niyyətim ilə ona iş axtardığımı, Şəhanənin onların obyektində müğənni kimi çalışmasını istədiyimi bildirdim. Amir isə obyektdə artıq iki nəfər müğənninin fəaliyyət göstərdiyini, əlavə müğənniyə ehtiyac olmadığını dedikdə, Amirə Şəhanəni işə götürməsini xahiş edərək öz cibimdən Şəhanəyə verməsi üçün hər axşam Şəhanəni işdən götürən zaman ona 20 manat pul verəcəyimi, məqsədimin Şəhanənin əhval-ruhiyyəsini qaldırıb onu barışmağa sövq etmək olduğumu dedim. Amir bu xahişlərimi nəzərə alaraq təklifim ilə aramızda Amirin Şəhanəyə məvacib kimi 20 manat, bəzi hallarda isə 30 manat pul verəcəyi, onun isə həmin pulun üzərinə əlavə 20 manat pul qoymasına razılaşdıq”.


“Söhbətləşdik, zarafat etdik”


Murad Şamilov bildirib ki, Amirlə birlikdə Şəhanənin yanına gedib: “Həmin vaxt Amir Şəhanəyə səhnəyə çıxaraq mahnı ifa etməsini təklif etdi. Şəhanə də səhnəyə çxaraq iki mahni ifa etdikdən sonra Amir onun ifasını bəyəndi. Növbəti gün saat 18 radələrində işə gələ biləcəyini dedi. Bundan sonra Amirə minnətdarlıq etdik. Amir yanmızdan ayrıldı, müştərilərlə maraqlanmağa başladı. Biz isə obyektdən ayrıldı. Daha sonra Şəhanə ilə birlikdə Novxanı kəndində dəniz kənarında yerləşən “Rest Time” adlanan restorana doğru getdi. Həmin restoranın da kim olmasını bilmədiyi administratorunu taparaq  Şəhanənin həmin restoranda müğənni kimi fəaliyyət göstərməsi ilə bağlı danışıq aparmaq istədim. Bu halla da bağlı əvvəlki tarixlərdə Şəhanəyə məlumat verdiyimdən, Şəhanə həmin vaxt ona qeyd etdiyim restorana gedib, oranın da rəhbərliyi ilə danışıq aparmağımı xahiş etdi. Yolda olarkən hər ikisinin kefi yaxşı oldu, bir-birimiz ilə söhbətləşdik, zarafat etdik. Saat 23 radələrində Novxanı kəndinə çatdıqda orada “Covid-19” pandemiyası ilə bağlı bütün restoranların bağlı olduğunu gördük. Avtomobilini “Rest Time” adlanan restoranın qarşısında saxladıq, avtomobildən düşərək restoranın qapısına yaxınlaşdıq. Orada kim olmasını xatırlamadığım mühafizəçidən administratorun işdə olub-olmadığını soruşdum. Həmin şəxs administratorun işdə olmadığını dedikdə, Şəhanəni məyus etməmək, həm də özümü fədakar, yəni Şəhanənin işə düzəlməsi üçün əlindən gələn hər şeyi edən ər kimi kimi göstərmək məqsədi ilə anam Həyatın dayısının nəticəsi olan Cavidin istifadəsində olan mobil nömrəyə zəng etdim. Təxminən 15-20 dəqiqə sonra mənə zəng etməsini, Şəhanənin yanında olacağını, danışıq zamanı özümü guya “Rest Time” adlanan restoranın administratoru kimi qələmə verməsini, danışdıqlarıma uyğun cavablar verməsini və hazırda işdə olmadığını, növbəti günlərdə işlə bağlı danışıq aparmaq üçün əlaqə saxlayacağını bildirməsini və bu haqda məsələni mənə daha sonra izah edəcəyini dedim. Cavid də etiraz etmədən razılaşdı”.


“Motelə getdik”


Murad Şamilov qeyd edib ki, Şəhanə ilə birlikdə eyni evdə yaşadığı vaxtlarda da hər hansı bəhanə ilə evdən çıxmaq istəyərkən əvvəlki tarixlərdə Cavidə zəng edərək ona zəng edib, guya hansısa işlə bağlı görüşə çağırmasını deyib: “Cavid də xahişim ilə zəng edərək hər dəfə müxtəlif şəxslərin adı ilə danışıb, məni görüşə çağırıb. Buna görə də həmin vaxt məhz Cavidə zəng etdim. Təxminən yarım saat sonra Cavid mənə zəng edərək izah etdiyim qaydada özünü “Rest Time” adlanan restoranın administratoru kimi təqdim etdi, hazırda işdə olmadığını, növbəti günlərdə işlə bağlı danışıq aparmaq üçün əlaqə saxlayacağını dedi. Həmin vaxt Şəhanə də yanımda olduğundan aramızda olan danışıqları eşitdi. Bundan sonra Şəhanə evə qayıtmağımız dedi. Şəhanəyə harasa çörək yeməyə getməyi təklif etdim. Şəhanə ilə vaxt keçirməyi xoşladığımdan mənimlə birgə keçirdiyim vaxtı uzatmaq istədi. Şəhanə təklifim ilə razılaşaraq kabab yemək istədiyini bildirdi. Pandemiya ilə əlaqədar hər yerin bağlı olduğunu dedim. Həmçinin ətrafda olan restoranların da yanından keçdiklərindən restoranların bağlı olduğunu gördük. Buna görə də Şəhanə əvvəllər təxminən 2-3 dəfə getdiyi, anası Həyatın yaşadığı ünvanına yaxın ərazidə “Salt” motelinə gedərək yemək yeməyi təklif etdim. Şəhanənin işi düzəldiyindən kefi yaxşı oldu. Şəhanənin təklifi ilə razılaşaraq avtomobilini qeyd etdiyi motelə sürdüm. Təxminən saat 23:50 radələrində motelə çatdıqda avtomobili motelin həyətində giriş qapısı ilə demək olar ki, üzbəüz ərazidə saxladım”.


“25 manat olduğunu dedi”


Murad Şamilovun sözlərinə görə, bu zaman Şəhanə avtomobildə qalıb: “Mən isə avtomobildən düşdüm. Həmin vaxt həyətdə adını bilmədiyim və əvvəllər tanımadığım motelin administratoru qarşıladı. Həmin vaxt administratora əvvəllər həmin moteldə olarkən qaldığım nömrəsini bilmədiyim otağın yerini göstərdi, həmin otağın boş olub-olmadığını soruşdu. Administrator həmin otaqda müştəri olduğunu dedikdə, məndən gecə qalmaq üçün ümumiyyətlə boş otağın olub-olmadığını soruşdum. Həmin şəxs boş otağın olduğunu və otaqda 12 saat müddətində qalmağın qiymətinin 25 manat olduğunu dedikdə, ondan otağı göstərməsini xahiş etdim. Bundan sonra motelin administratoru motelin 2 nömrəli otağını göstərdi, bu otağın boş olduğunu dedi. Otaqda bir ədəd iki nəfərlik yataq, qarşıda durduqda yatağın solunda bir ədəd yemək masası, 2 ədəd stul və hamam otağı olub. Otağa baxıb bəyəndim. Bu barədə administratora bildirdikdən sonra otağın pulunu verdim. Bundan sonra administratorla birikdə otaqdan çıxdım. Motelin həyətinə keçdikdə administratora kabab sifariş etmək istədiyimi dedim. Administrator gec olduğu üçün yalnız “toyuq tabakası” hazırlada biləcəyini bildirdi. Ondan həmin yeməyin qiymətini soruşdum. Administrator yeməyin qiymətinin 10 manat olduğunu dedi. Avtomobilimə yaxınlaşdım, Şəhanəyə yeməyə yalnız “tabaka” olduğunu dedim. Şəhanə də problem olmadığını sifariş verməyimi dedi. Administratora “toyuq tabakası”-nı hazırlatmasını xahiş etdim”.


“Mənə “bıçağı özündə saxlama, zibilə düşərsən” deyə bildirdi”


Murad Şamilovun sözlərinə görə, bundan sonra Şəhanə avtomobildən düşdükdə birlikdə otağa keçiblər: “Bu zaman Şəhanəyə marketə gedib cips, saqqız, siqaret və pivə alacağımı dedim. Otaqdan çıxaraq avtomobilimə əyləşdim, moteldən ayrıldım. Üzərimdə olan pul az olduğundan moteldə sifariş etdiyim yeməyin pulunu vermək, eləcə də marketdən alacağımı ödəmək üçün anam Həyatdan pul almaq məqsədi ilə moteldən təxminən 400-500 metr aralıda yerləşən evimizə gəldim. Evə çatdıqda nəyə lazım olduğunu demədən anamdan 10 manat pul verməsini xahiş etdim. Anam mənə 10 manat pul verdikdən sonra Aylanın ayaqqabısını verib-vermədiyimi soruşdu. Aylanın ayaqqabısını verdiyimi dedikdən sonra hara getdiyimi demədən sağollaşaraq evdən ayrıldım. Həmin vaxt bacılarım Sevinc, Lalə və Nərgiz də evdə olub. Bundan sonra moteldən təxminən 100-150 metr aralıdakı “Araz” adlanan marketə getdim. 2 litrlik qabda pivə, cips, saqqız və siqaret aldım və motelə 2 nömrəli otağa geri qayıdaraq avtomobilini eyni yerdə saxladım. Otaqda olarkən təxminən 10-15 dəqiqə sonra otağın qapısı döyüldü. Qapını açdıqda motelin əvvəllər tanımadığım ofisiantının 1 ədəd sininin üzərində sifariş etdiyimiz yeməyi gətirdiyini gördüm. Ofisiantın içəri keçməsini istəmədiyimdən sinini aldım, sinidə olan 2 ədəd yemək qapı, çörək qabı, 2 ədəd çəngəl, kartof və toyuq qızartması, yəni tabakanın olduğu olduğu qabı, 2 ədəd stəkanı otaqdakı masanın üzərinə qoydum. Bundan sonra qapıdan çöldə dayanan ofisianta sinini geri qaytardım. Yeməyin pulunu, yəni 10 manatı verdim. Ofisiant getdikdən sonra Şəhanə ilə masa arxasına əyləşdik, yemək yeyib, pivə içdik. Həmin ərəfədə Şəhanə ilə əvvəlki tarixlərdə aramızda olmuş mübahisələrdən danışmağa başladıq. Həmin danışıqlarda da Şəhanə aramızda yaşanmış mübahisələrdə özünü haqlı çıxarmağa çalışdı. Lakin Şəhanə ilə barışmaq istədiyimdən onun dedikləri ilə razılaşdım. Bir qədər bu zəmində söhbət etdikdən sonra bir-birimizə yaxınlıq eləməyə başladıq. Elə bu vaxt yuyunmaq üçün otağın hamamına daxil oldum. Hamamda olarkən Şəhanə mənə səslədi və dedi ki, Murad çıx bir qəqiqə çölə. Hamamdan çıxdıqda Şəhanənin artıq paltarlarını soyunmaqla alt paltarında olduğunu, yatağın üzərində isə bir ədəd bıçaq olduğunu gördüm. Həmin vaxt Şəhanə mənə bıçağı göstərdi, “buna bax gör nə tapmışam” deyə bildirdi. Bıçağı yatağın baş tərəfi ilə yatağın matrasının arasından tapdığını dedi. Şəhanənin bıçağı tapdığını dediyi yerə baxdım, orada digər hər hansı əşya tapmadıqda həmin bıçağı özümə götürməyi, otaqda bıçaq tapılması ilə bağlı motelin administratoruna məlumat verməməyi qərarlaşdırdım. Bu barədə Şəhanəyə bildirdikdə Şəhanə mənə “bıçağı özündə saxlama, zibilə düşərsən” deyə bildirdi”.


“Qrup şəklində cinsi əlaqədə olmağımızı istəyərsən?”


Murad Şamilovun sözlərinə görə, bu danışıqlardan sonra bıçağı otaqdakı yemək masasının üzərinə qoyub: “Sonra hər ikimiz yatağa uzandıq və cinsi əlaqəda olduq. Cinsi əlaqədə olan zaman arvadım bir qədər də spirtli içkinin təsirindən mənə “mənim erotik şəkillərimi və ya videomu görsən nə hiss keçirdərsən” deyə sual verdi. Mən isə heç bir cavab vermədim. Bundan başqa, Şəhanə mənə “mən padruqamla, sən də öz yaxın dostunla bir yerdə qrup şəklində cinsi əlaqədə olmağımızı istəyərsən?” deyə sual verdi. Şəhanənin bu sözünə əsəbiləşdim, “gic-gic danışma” deyə bildirdim. Bundan sonra hər ikimiz yataqdan çıxdıq, paltarlarımizi geyindik. Şəhanə stulda, mən isə Şəhanənin oturduğu stulun qarşısında yataqda əyləşdim. Həmin vaxt biz yenə də aramızda olan keçmiş mübahisələrdən danışmağa başladıq. Danışıq zamanı Şəhanəyə barışmağı təklif etdim. Lakin Şəhanə barışacaqları təqdirdə onun heç bir işinə qarışmayacağım, toy məclislərində olarkən restoranda gözləməyəcəyim, məni heç kimə qısqanmayacağım, anam Zəmilə və rəfiqəsi Cəmilə ilə istədiyi yerə getməsinə qarışmayacağmı, atası Savalanın anası Zəmiləyə etdiyi kimi ümumiyyətlə onun işlərinə qarışmayacağı, həmçinin anası və bacıları ilə heç vaxt əlaqə saxlamayacağım və sair bu kimi şərtlər irəli sürdü. Şəhanəyə bu şərtləri ilə razılaşmadığımı dedim. Aramızda sözlü mübahisə yarandı”.


“Kiminlə cinsi əlaqədə olduğunu soruşdum”


Murad Şamilov qeyd edib ki, mübahisə zəminində Şəhanəyə aralarında olan cinsi əlaqə zamanı cinsi ehtirasının təmin olmadığını, yəqin ki, yaxın vaxtlarda başqa kişi ilə cinsi münasibət yaratdığını deyib: “Şəhanə də yaxın günlərdə başqa kişi ilə cinsi əlaqədə olduğunu, onun işinə qarışa bilməyəcəyimi, bundan sonra belə olacağını, mənimlə barışmayacağını, artıq geriyə yolun olmadığını, boşanma ilə bağlı ərizəsini geri götürməyəcəyini, sentyabrın 7-si məhkəmə prosesinin olacağını bildirdi. Şəhanənin bu sözlərinə boşandığımız təqdirdə uşaqlarını əlindən alaraq özümün saxlayacağını dedim. Şəhanə isə Ayla və Tahiri götürə biləcəyimi, lakin Ayanın mənim deyil, başqasının uşağı olduğunu, Ayanı verməyəcəyini dedi. Şəhanənin bu sözünə möhkəm əsəbiləşdim. Ayanın kimin uşağı olduğunu, yaxın günlərdə kiminlə cinsi əlaqədə olduğunu soruşdum. Lakin Şəhanə suallarına cavab vermədi, məni söyməyə başladı. Habelə ona görə imkanlı şəxlərlə görüşə bilmədiyini, bundan sonra isə yalnız anası Zəmilə və rəfiqəsi Cəmilənin məsləhətlərinə qulaq asaraq Cəmilə kimi imkanlı şəxslərlə oturub-duracağını, bunun sonuncu görüşləri olacağını, belə edib şöhrət qazanmaqla maşın və ev sahibi olacağını qeyd etdi. Bu zaman həmin vaxt çarpayının yanında asılqanda asılmış Şəhanənin qara rəngli qadın çantasını götürüb içərisində özünün istifadəsində olan mobil telefonun olub-olmamasını aydınlaşdırmaq, eləcə də Şəhanənin mobil telefonuna baxmaqla hansı kişiylə əlaqə saxladığını bilmək istədim. Bu məqsədlə asılqandakı çantanı götürmək istəyərkən Şəhanə məni yatağa itələdi. Bundan sonra əlim ilə Şəhanəni sinəsində itələyərək stulda oturtdum. Bu zaman Şəhanə moteldən getmək istədiyini, kimliyini demədən onu gəlib aparması üçün kiməsə zəng edəcəyini dedi. Mübahisə etsək də, bir birimiz ilə qışqıra-qışqıra danışmadıq. Həmin vaxt səslərimizə heç kim otağa gəlmədi. Sonra Şəhanə çantasını çiyninə asıb yerindən qalxaraq otaqdan çıxmaq istəyərkən, buna imkan vermədim. Yenidən əlim ilə Şəhanənin sinəsindən itələyərək stulda oturtdum”.


“Bilə-bilə ki, başqa kişi ilə cinsi əlaqədə olduğunu dedi”


Murad Şamilovun sözlərinə görə, bu an Şəhanə yerindən qalxaraq yemək masasının üzərindəki dəstəyi palıdı rəngli olan bıçağı sağ əli ilə götürüb və sağdan-sola istiqamətdə yelləməklə onun boyun nahiyəsindən vurmaq istəyib: “Mən isə özümü müdafiə etmək üçün sol əlimi bıçağın qarşısına tutduqda bıçaq iç tərəfdən biləyimə dəydi. Həmin nahiyəsi kəsilməklə qanadı. Bu zaman Şəhanənin qolundan tutaraq əyərək bıçağı əlindən aldım. Ağrı olmasa da, əlimdən qanın şiddətli şəkildə axdığını gördüm. Şəhanəni söydüm. Şəhanəni stulda oturtmaq üçün yenidən əlim ilə sinəsindən itələsəm də, Şəhanə stulda oturmadı. Dedi ki, artislik eləmə, mən çıxıb gedirəm, rədd ol, sənə də heç nə deyən deyiləm. Şəhanəyə “mən o adamı taparam” deyə bildirdim. Ayanın kimin uşağı olmasını, habelə kiminlə cinsi münasibətdə olduğunu bildirməsini tələb etdim. Şəhanə isə bu sözümə söyüşlə qarşılıq verərək, nə ona, nə də ki, cinsi əlaqəda olduğu şəxsə heç nə edə bilməyəcəyimi, mənim “peysər” olduğumu, bilə-bilə ki, başqa kişi ilə cinsi əlaqədə olduğunu dedi. Bu zaman Şəhanənin dediklərinə əsəbiləşərək hirslərini cilovlaya bilmədim, ona çoxsaylı zərbələr vurdum”.


Murad Şamilov qeyd edib ki, arvadını qətlə yetirəndən sonra sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdiyini, arvadını öldüydüyünü deyib. O, polisə təslim olduğunu da açıqlayıb.


Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrlik etdiyi kollegiyada baxılıb.
Məhkəmənin hökmü ilə Murad Şamilov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Demokrat.az

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …