Şənbə , Yanvar 23 2021
Ana səhifə / Kriminal / Arvadı həbsdə olan sabiq polis rəisi 500 manat cərimələndi

Arvadı həbsdə olan sabiq polis rəisi 500 manat cərimələndi

Sabiq polis mayoru cərimə edilib. Arvadı isə dələduzluğa görə həbsdədir.

Musavat.com zəbər verir ki, sabiq polis rəisi Mahir Əkbərov daha bir cinayətdə ittiham edilib.

Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlərlə Mübarizə Şöbəsinin keçmiş rəisi M.Əkbərov bir neçə cinayət əməlində ittiham edilir.

M.Əkbərovun arvadı Leyla Əkbərova hazırda həbsdədir. O, vətəndaşlardan 150 min manat pul alaraq dələduzluq edib. Belə ki, insanları işə düzəltmək, universitetə qəbul etdirmək, diplom almasına kömək etmək vədləri verərək dələduzluq edib.

Qeyd edək ki, L.Əkbərova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

L.Əkbərovanın əməllərindən zərərçəkənlərdən biri də Anara Məmmədova olub.

A.Məmmədova özü və yaxınlarını işə düzəltmək üçün L.Əkbərovaya 100 min manatdan çox pul verib. Bu işdə M.Əkbərovun anası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xətai rayon İdarəsində şöbə rəisi işləyən Nigar Əkbərovanın adı hallanıb.

M.Əkbərov zərərçəkmiş A.Məmmədova barəsində mətbuata açıqlama verib, ona qarşı ittohamlar irəli sürmüşdü. Sabiq polis əməkdaşı zərərçəkmiş barəsində qeyri-etik ifadələr səsləndirmişdi.

Bundan sonra A.Məmmədova və həyat yoldaşı Dəyanət Məmmədov Yasamal Rayon Məhkəməsinə müraciət edərək M.Əkbərov barəsində xüsusi ittiham qaydasında şikayət edib və səsləndirdiyi fikirlərin yalan olduğunu bildirmişdilər.

Hakim Azər Tağıyevin hökmü ilə M.Əkbərov Cinayət Məcəlləsinin 147.1-ci (böhtan yayma) maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilib. Məhkəmə onun iddialarının yalan olduğu barədə qərar verib.

Həmçinin oxuyun

Cinayət Məcəlləsində “Sülh və insanlıq əleyhinə cinayətlər” bölməsi yeni redaksiyada müzakirə ediləcək

Cinayət Məcəlləsinin Xüsusi hissəsinin “Sülh və insanlıq əleyhinə cinayətlər” bölməsinin yeni redaksiyasının layihəsi parlamentin yaz …