Cümə , Noyabr 27 2020
Ana səhifə / Kriminal / Arif Əsgərovun baldızı oğulları məhkəmədə – qardaşı ifadə vermədi

Arif Əsgərovun baldızı oğulları məhkəmədə – qardaşı ifadə vermədi

Arif Əsgərovun digər baldızı oğlunun da məhkəməsi davam edir. O da dələduzluqda ittiham edilir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rahib Hüseynovun qardaşı Emil Hüseynov şahid qismində iştirak edib.

O, istintaqdakı ifadəsini təsdiq etdiyini və ifadə vermək istəmədiyini söyləyib.

Məhkəmənin növbəti iclası dekabrın 12-nə təyin edilib.

R.Hüseynov 4 milyon 300 min manatlıq dələduzluqda ittiham edilir. Bundan başqa, R.Hüseynov vətəndaş Namiq Mehdiyevə qarşı da dələduzluq edib. Elan olunmuş ittiham üzrə R.Hüseynov özünü təqsirli bilmədiyini deyib.

Qeyd edək ki, R.Hüseynov bir neçə nəfərdən iş görmək adı ilə külli miqdarda pul alıb. Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

R.Hüseynovun digər qardaşı Emil Hüseynov da dələduzluqda ittiham edilir və onun barəsində də hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmədə araşdırılır.

Bildirək ki, Hüseynov qardaşları Arif Əsgərovun baldızı uşağıdır.

Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. A.Əsgərov 2015-ci ildə prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edildi. Başqa bir fərmanla o, nəqliyyat nazirinin müavini təyin edilib. Ziya Məmmədov postunu itirən zaman o da vəzifəsiz qalıb.

Bu işdə də Arif Əsgərovun oğlu Elnar Əsgərovun da adı keçir.

İ.Muradov

Həmçinin oxuyun

Evi tərk edən COVID-19 xəstələri saxlanıldı

Samuxda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional …