Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / ARB-nin əməkdaşı faciəvi şəkildə öldü

ARB-nin əməkdaşı faciəvi şəkildə öldü

Türkiyənin Kocaeli ərazisində azərbaycanlı gənc faciəvi şəkildə ölüb. “Qafqazinfo” xəbər verir ki, hadisə Tavşanlı məhəlləsində meydana gəlib.  Əldə olunan məlumata görə, həmyerlimiz Seyid Əli Səlimov fabrikdə parçalama mikserinin qazanını təmizləmək istəyib. 

27 yaşlı gənc qazanın içində olarkən digər bir işçi aparatı işə salıb.  Səlimov həmin cihazın içində qalıb və digər işçilər onu çıxarmağa çalışıb.  Hadisə yerinə xilasetmə qüvvələri cəlb edilib.  Müdaxilələrə baxmayaraq Seyid Əli hadisə yerində dünyasını dəyişib.

Gebze Baş Prokurorluğunda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinin məzunu olan Seyid Əli QTV onlayn kanalının və ARB Şəkinin əməkdaşı olub.





Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …