Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Araz Sofiyevi gecə evində öldürüb arvadını yaralayanlar kimlərdir?!

Araz Sofiyevi gecə evində öldürüb arvadını yaralayanlar kimlərdir?!

İyunun 6-dan 7-nə keçən gecə paytaxtın Suraxanı rayonu Günəşli qəsəbəsi, “Q” yaşayış  massivi 7 ünvanında Araz Sofiyevin öldürülməsi, arvadı Rəna Sofiyevanın isə yaralanması hadisəsi ilə bağlı bəzi təfərrüatlar bəlli olub. 

Virtualaz.org xatırladır ki, KİV-lərin ilkin məlumatında qətlin oğurluq üstündə törədildiyi, evə basqın edən şəxslərin 5 min dollar oğurlaması versiyası irəli sürülürdü. Araz Sofiyevin qohumlarından biri də evə basqın edən şəxslərin pul, qızıl tələb etdiklərini, söyüş söydükləri üçün mübahisənin davaya çevrildiyini söyləyib. Digər versiya isə hadisənin borc üstündə baş verməsidir. Lakin Araz Sofiyevi tanıyanlar qeyd edirlər ki, o maddi baxımdan orta  səviyyədə dolanan biri idi və kimdənsə borc alıb qaytarmaması ağlabatan deyil. Bu səbəbdən cinayətin motivinin soyğunçuluq olduğu daha ağlabatandır.

Məlumata görə, çoxmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən mənzildə ər-arvaddan başqa Araz Sofiyevin anası da olub. Qadının cinayət törədilərkən qonşu otaqda yatdığı deyilir. Lakin o, səs-küyə oyanmayıb. Təcili tibbi yardıma qonşular xəbər veriblər, təcili yardım hadisə yerinə 03:42-də çatıb. Yaralı Rəna Sofiyeva 3 saylı şəhər klinik xəstəxanasına aparılıb. Ona tibbi yardım göstərilib və dünən evə buraxılıb. 

Araz Sofiyevin sosial şəbəkədəki hesabındaonun müxtəlif vaxtlarda “BP-Azərbaycan”,  “Baltika-Bakı” və “Aqrovest İMP” da çalışdığı qeyd olunur. Dostları sosial şəbəkələrdə onu sakit təbiətli, hər kəsə yardım edən biri kimi xarakterizə ediblər və başsağlığı mesajlarını paylaşıblar.

R.Sofiyeva isə “Meqa Studio” dizayn şirkətində çalışır. Ailənin yeganə oğul övladı isə bu yaxınlarda Respublika Fənn Olimpiadasında qaliblərdən biri olub. 

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …