Cümə axşamı , İyun 24 2021
Ana səhifə / Kriminal / “Araz market”in işçiləri mağazadan oğurluq etmək istəyən şəxsi tutub

“Araz market”in işçiləri mağazadan oğurluq etmək istəyən şəxsi tutub

Bakıda “Araz market”in mağazalarından birində oğurluğa cəhd olub.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Xətai rayonu, Gəncə prospektində yerləşən “Araz market”də qeydə alınıb. Marketdən 134 ədəd dəyəri 150 manat olan “Snikers” oğurlamağ cəhd göstərən 25 yaşlı Sahib Səmədli marketin işçiləri tərəfindən saxlanılıb.

S.Səmədli Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə təhvil verilib.

Həmçinin oxuyun

İstanbulda azərbaycanlı güllələndi – Video

Türkiyənin İstanbul şəhərində azərbaycanlı sürücüyə silahlı hücum olub. “Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, …