Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Kriminal / “Araz” marketdə iş yoldaşını öldürən satıcının cinayət işi məhkəməyə göndərilib

“Araz” marketdə iş yoldaşını öldürən satıcının cinayət işi məhkəməyə göndərilib

Bakıda qətl törətməkdə təqsirləndirilən Surxay Əliyevin cinayət işinin ibtidai istintaq başa çatıb.

“Report”un məlumatına görə, S.Əliyevin barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, bu il iyunun 20-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən “Araz” Supermarketlər Şəbəkəsinin əməkdaşları Vüqar Hüseynzadə və Kənan Səlimov bıçaqlanıb. Nəticədə V.Hüseynzadə dünyasını dəyişib, K.Səlimov isə xəstəxanaya yerləşdirilib.

Şirkətdən “Report”a verilən məlumata görə, hadisəni törədən S.Əliyev “Araz” Supermarketlər Şəbəkəsinin əməkdaşı deyil: “Araz” Supermarketlər Şəbəkəsinin daxilində bəzi bölmələr icarə əsasında fəaliyyət göstərir. Şəbəkənin Maştağa filialında icarə müqaviləsi əsasında fəaliyyət göstərən dəniz məhsulları bölməsində çalışan Surxay Əliyev podratçı şirkətin əməkdaşıdır. Hadisənin hansı zəmində və nə səbəbdən baş verdiyi hələ ki məlum deyil. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin müvafiq bölmələri tərəfindən araşdırma aparılır. “Araz” Supermarketlər Şəbəkəsi baş vermiş bədbəxt hadisədən təəssüfləndiyini bildirir və bu cür hadisələri pisləyir. Hadisə nəticəsində dünyasını dəyişmiş Vüqar Hüseynzadənin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan ona rəhmət, xəsarət alan digər əməkdaşımız Kənan Səlimova isə şəfa diləyirik”.

Həmçinin oxuyun

Cəlil Nəzərov bu əməllərinə görə həbs edilib

Baş Prokurorluq Masallı rayon Mərkəzi Xəstəxanasının direktorunun həbsi ilə bağlı məlumat yayıb.  “ Azinforum.az ” …