Ana səhifə / Kriminal / Araz Ağalarovun qardaşı qızının evi qarət olundu

Araz Ağalarovun qardaşı qızının evi qarət olundu

“Crocus Group”un prezidenti Araz Ağalarovun qardaşı qızı, iş xanımı Səbinə Ağalarovanın Rusiyanın Moskva şəhərindəki evi qarət olunub.

“Qafqazinfo” “REN TV”yə istinadən xəbər verir ki, iş xanımı polisə müraciət edərək şəhərin Leninsk prospektində yerləşən mənzilindən külli miqdarda pulun oğurlandığını bildirib.

Evini avqustun 9-da tərk edən Səbinə ora yalnız 10 gün sonra dönüb. Seyfini yoxlamayan Ağalarova daha sonra oradan 25 min dolların, eləcə də 2 ədəd xəz paltonun yoxa çıxdığını görüb. Oğrular ev sahibəsinin qiymətli bəzək əşyalarına toxunmayıb. 

S. Ağalarova öz əməkdaşlarından və mühafizəçisindən şübhələnir. 

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …