Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Araz Ağalarovun qardaşı qızı qəzaya düşdü

Araz Ağalarovun qardaşı qızı qəzaya düşdü

Azərbaycan əsilli rusiyalı milyarder Araz Ağalarovun qardaşı qızı Səbinə Ağalarova qəzaya düşüb.

“Qafqazinfo” xəbər verir ki, “Qazel” markalı yük maşını onun idarə etdiyi “Bentley” markalı avtomobilə çırpılıb.

Hadisə zamanı Səbinə Ağalarova xəsarət almasa da, maşını yararsız hala düşüb.REKLAM

“Qırmızı işıqda dayanmışdıq. Arxadan yük maşını bizi vurdu. Məlum oldu ki, onu da arxadan qoşqu vurub. Onun sürücüsü yaşıl oxu əsas siqnalla səhv salıb. Hamımız sağıq. Heç kim xəsarət almayıb”, – deyə Səbinə Ağalarova bildirib.

Maraqlıdır ki, Rusiya mətbuatı Səbinəni Ağalarovun qızı kimi təqdim edib. Lakin oliqarxın qızının adı Şeyladır.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …