Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Apelyasiya şuralarının kampaniyaçılığa çevrilmək təhlükəsi…

Apelyasiya şuralarının kampaniyaçılığa çevrilmək təhlükəsi…

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apelyasiya şuralarının yaradılması haqqında fərman imzalayıb.
Nazirlər Kabinetinə Prezidentin aktlarının fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ-hüquqi aktlarının fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat vermək tapşırılıb. Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının və normativ xarakterli aktların fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək həvalə olunub.
Fərmanın dərcindən sonra hər gün hansısa qurumda apelyasiya şurasının yaradıldığını eşidirik. Bəzən isə insanlarda belə bir təsəvvür yaranır ki, bu proses sanki kampaniya halını alıb. Yəni hər bir qurum sanki “qonşudan geri qalma” prinsipi üzrə hərəkət edir. Əslində isə özündə çox gözəl müddəaları ehtiva edən bu şuraların yaradılmasını kampaniyaçılıqdan uzaq etmək üçün hansı addımlar atılmalıdır?
İqtisadçı Günel Fərhadqızı qəzetimizə açıqlamasında bildirdi ki, bu addım çox gözəldir və sahibkarlar tərəfindən birmənalı şəkildə dəstəklənir:

“Hər bir lazım olan qurumda bunun yaradılması təqdir edilməlidir, xüsusilə də sahibkarların daha çox müraciət etdiyi yerlərdə. Ancaq bəzən görürük ki, hələ heç bir iş görməmiş həmin şuranın yaradılmasını qurum reklam edir. Bilmək lazımdır ki, bunun yaradılması həmin qurumların vəzifə borcudur. Yaxşı olar ki, fəaliyyətə başlayandan sonra həmin şuraların gördüyü işlər, sahibkarlara hansı köməyi göstərməsi cəmiyyətə təqdim edilsin. Bu səbəbdən də ucuz kampaniyaçılıqdan uzaq olmalıyıq. Hesab edirəm ki, belə nəticəni əldə etmək üçün həmin dövlət qurumları tərkibində fəaliyyət göstərəcək şuraların özünə də bir ictimai nəzarət həyata keçirilməlidir. Bu məsələdə ən böyük yük QHT-lərlə KİV-lərin üzərinə düşə bilər. Bəzən isə, heç zəruri olmayan yerdə də, belə bir şuranın yaradılması ətrafında geniş kampaniya aparılır. Bax, buna son qoyulmalıdır”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın