Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Antalyada məşhur “vor zakon”un qətli: qanqsterlərin müharibəsi qızışdı

Antalyada məşhur “vor zakon”un qətli: qanqsterlərin müharibəsi qızışdı

Xəbər verildiyi kimi ötən bazar günü kriminal aləmdə “Giya Kutaiskiy” kimi tanınan 59 yaşlı Qayoz Zviadadze Türkiyənin kurort şəhəri olan Antaliyada qətlə yetirilib. Rusiya hüquq-mühafizə orqanlarında “vor zakon”un qətlinin kriminal aləmdə taxt-tac uğrunda qanlı müharibənin başlanğıcıdır.

Rusiya mətbuatının yazdığına görə, “Şakro Molodoy”un rəqibi olan “Giya Kutaiskiy” aprelin 8-də Antaliyanın mərkəzində, Aralıq dənizinin sahillərində gəzinti zamanı odlu silahlan açılan atəşlə qətlə yetirilib.

Xatırladaq ki, bu il martın 29-da Moskva məhkəməsi “vor nömrə 1” statusu daşıyan “Şakro Molodoy”un barsində 9 il 10 ay həbs cəzası kəsib. O, rüşvət verməkdə, sifarişli qətldə, digər əməllərdə ittiham olunurdu.

Bəzi mənbələrin yaydığı məlumata görə, Zviadadzenin “Şakro Molodoy”un yaxın adamı “Nodar Rustavski” ləqəbli qanuni oğru Nodar Asoyan ilə münaqişəsi olub. “Qanuni oğru”lar Rostov vilayətini ələ keçirmək üstündə savaşıblar.

“Şakro Molodoy”un həbsindən əvvəl tərəflər kriminal taxtın varisi məsələsi ilə bağlı ümumi razılığa gəlmək üçün bir neçə dəfə Türkiyədə görüşüblər. Ancaq bu görüşlər heç də yaxşı nəticə verməyib.

Habelə “Giya Kutaiskiy””Şakro Maladoy”dan sonra hazırda ciddi rejimli cəzaçəkmə müəssisəsində saxlanılan, oğru taxt-tacına əsas iddialı olan, məşhur qanuni oğru Tariyel Onianinin – “Taro”nun yaxınlığı ilə də tanınıb.

Ekspertlərin fikrincə, sərt xarakterliyi ilə seçilən “Giya Kutaiskiy” son 25 il ərzində oğru və bandit qruplaşmaları arasındakı mübahisələrin həllinə, kriminal kassaya – “obşak”a kimin nə qədər ödəyəcəyinə dair qərarlar verib.

Dəmir barmaqlıqlarla ilk tanışlığı 19 yaşında olub. Kutaisidəki soyğunda iştirakına görə 1978-ci ildə 11 il müddətinə azadlıqdan məhrum edilib. 1999-cu ildən etibarən müxtəlif cinayətlərə görə Rusiya həbsxanalarında cəza çəkib.

Bir çoxları düşünür ki, “Giya Kutaiskiy” “Şakro Molodoy”un yaxın ətrafı ilə mübahisədə güzəştə getmədiyinə görə öz ölümünə imza atıb.

“Giya Kutaiskiy”nin qətli “oğru dünyası”nda yaranan müharibəni daha da qızışdıra bilər.

“Rosbalt” agentliyi qeyd edir ki, öldürülən “qanuni oğru” Yunanıstanda məskunlaşan, İspaniyada, Avropada çoxsaylı quldur dəstələrinə başçılıq edən, cinayətkar aləmin liderlərindən sayılan Laşa Şuşanaşviliyə (“Laşa Rustavskiy”) yaxın əlaqələri ilə də seçilib.

“Giya Kutaiskiy”son zamanlar daimi olaraq Türkiyə və Yunanıstan arasında işləyib, Şuşanaşvili ilə sıx-sıx əlaqə saxlayıb. “Laşa Rustavskiy”nin tərəfdarları artıq araşdırmalara başlayıblar. “Giya Kutaiskiy”qanuni oğrudursa, deməli qətlin icraçısı və sifarişçisi də cəzasız qalmamalıdır. Bu da qanqsterlər arasında müharibənin yaxın vaxtlarda qızışacağı deməkdir.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …