Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / ANS-in əməkdaşının üstünə qaynar su töküldü – AZAL-ın təyyarəsində

ANS-in əməkdaşının üstünə qaynar su töküldü – AZAL-ın təyyarəsində

“O boyda təyyarədə yanıq üçün bir maz tapılmadı”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri fəaliyyəti dayandırılmış ANS-in əməkdaşı Tünzalə Rafiqqızı sosial şəbəkədə yazıb.

Jurnalist bildirib ki, AZAL-ın təyyarəsi ilə İstanbula gedən zaman başına iş gəlib. Belə ki, stüardessanın əlindəki qaynar çaydan üstünə dağılıb:

“Qaynar su üstümə dağıldı. O boyda təyyarədə yarama vurmağa bir dərman tapılmadı. Axırda bir sərnişin oteldən götürdüyü balaca diş pastasını verdi, onu çəkdik. Bu da milyonluq təyyarəmizdə lüks xidmət”.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …