Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Kriminal / “Anası məktəbdən evə qayıdanda…” – 21 yaşlı qızın intiharının təfərrüatları

“Anası məktəbdən evə qayıdanda…” – 21 yaşlı qızın intiharının təfərrüatları

Şəkidə 21 yaşlı qızın intiharının bəzi təfərrüatları məlum olub.

Rayonun Aşağı Göynük kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, 1997-ci il təvəllüdlü Satirə Ramiz qızı Mirzəyeva özünü günorta saatlarında asıb: “Satirənin səhhətində heç bir problem olmayıb. Şəkidə texnikum bitirib, normal ailənin uşağıdır. Anası müəllimədir. Səhər ana məktəbə, ata da sahəyə gedib. Evdə heç kəs olmayıb. Bu da təklikdən istifadə edib, özünü həyətdəki çardaqdan asıb. Anası məktəbdən evə qayıdanda qızını çardaqdan ipdə asılı görüb. Hər kəs şokdadır, onun bu addımı hamını təəccübləndirib”.

Qeyd edək ki, Şəkinin Aşağı Göynük kənd sakini, 1997-ci il təvəllüdlü Satirə Ramiz qızı Mirzəyevanın meyiti yaşadığı evdə asılı vəziyyətdə yaxınları tərəfindən aşkarlanıb.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …