Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Kriminal / Anar Mirzəyev suya düşmüş maşından çıxa bilməyərək dünyasını dəyişib

Anar Mirzəyev suya düşmüş maşından çıxa bilməyərək dünyasını dəyişib

Hadisə fevralın 14-dən 15-ə keçən gecə baş verib. İçərisində üç nəfər olan “Jeep” markalı minik avtomobili Sabirabad rayonunun Həşimxanlı kəndindəki su kollektoruna aşıb. Sərnişinlərin ikisi də xilas olub, lakin sürücü – 1983-cü il təvəllüdlü Anar Mirzəyev boğularaq ölüb.

Bu barədə Sabirabad rayon hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumata görə, A.Mirzəyev gecə saatlarında iki əmioğlusu ilə birgə su kollektoruna balıq tutmağa gəlib. Lakin avtomobilin düzgün park edilməməsi nəticəsində maşın suya düşüb. A.Mirzəyevin qohumları sudan sağ-salamat çıxa biliblər. Avtomobilin qapısı bloklanıb, pəncərədən çıxmağa isə A.Mirzəyevin cüssəli olması maneçilik törədib. Bu səbəbdən də bədbəxt hadisə baş verib.

Bu gün səhər saatlarında Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri A.Mirzəyevin cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

Bəzi məlumatlara görə, Mirzəyev “Lider Cola” şirkətinin Bakı nümayəndəliyinə başçılıq edib.

***11:24

Virtualaz.org olimpsport.az-a istinadən xəbər verir ki, qəzada həlak olan Anar Mirzəyev AFFA-nın keçmiş prezidenti, mərhum Ramiz Mirzəyevin oğludur.

Anar Mirzəyev bu gün doğulduğu Tovuz rayonunun Dondar Quşçu kəndində atasının yanında dəfn olunacaq.

Xatırladaq ki, ötən il Ramiz Mirzəyevin qardaşı oğlu Orxan Mirzəyev də avtomobil qəzasında həlak olmuşdu.

Ramiz Mirzəyev 1954-cü ildə Tovuzda anadan olub. 1997-ci ildən 2006-cı ilə qədər “Azneftyağ”ın direktoru işləyib. 2006-cı ildə sənaye və energetika nazirinin müavini təyin olunub. 2003-cü ildən isə AFFA prezidenti postunu tuturdu. Ramiz Mirzəyev Bakının Xətai rayonundan hakim partiyanın namizədi kimi deputat da seçilmişdi. 2007-ci ildə o, xərçəngdən vəfat edib. Ramiz Mirzəyev xeyriyyəçilik fəaliyyəti, ehtiyacı olanlara əl tutması ilə tanınırdı.

***10:37

Bu gün səhərə yaxın Sabirabad rayonunun Həşimxanlı kəndinin çöllük ərazisində kanala düşən avtomaşının sərnişini suda boğularaq ölüb.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, Binəqədi rayonunda fəaliyyət göstərən “Lider Cola” şirkətinə məxsus H 009-703 dövlət nömrə nişanlı “Jeep” markalı avtomaşında olan 3 nəfərdən biri, həmin şirkətin rəhbəri, 33 yaşlı Bakı şəhər sakini Anar Ramiz oğlu Mirzəyev hadisə yerində dünyasını dəyişib.

FHN-in xilasediciləri onun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Həmçinin oxuyun

Göyçayda qız anasını boğaraq ÖLDÜRDÜ

Göyçayda qız anasını boğaraq öldürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, oktyabrın 12-də …