Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Kriminal / Anar Mədətov məhkəməyə çağırıldı – Mülk davası

Anar Mədətov məhkəməyə çağırıldı – Mülk davası

Tanınmış prodüser Anar Mədətovun keçmiş həyat yoldaşı məhkəməyə müraciət edib. 

“Yeni Sabah”ın xəbərinə görə, Mədətova Elnurə Şaban qızı Nəsimi Rayon Məhkəməsinin qərarından narazı qaldığından Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib. Aprel ayının 2-də hakim Elnur Həsənovun sədrliyi ilə məhkəmə prosesi keçiriləcək. 

Məhkəmədə cavabdeh qismində Mədətov Anar Tofiq oğlu, anası Quliyeva Mahirə Mədət qızı və Məmmədov Elşad Malik oğlu tanınıb. Xatırladaq ki, Anar Mədətov həyat yoldaşından ayrılaraq Samirə adlı vizajistlə ailə həyatı qurub. Bundan sonra Elnurə Mədətova boşanma ilə bağlı məhkəməyə müraciət edib. Həmçinin qarşılıqlı iddia kimi Anar Mədətov əmlakın bölünməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib və 1-ci instansiya məhkəməsi hər iki tərəfin iddiasını qismən təmin edib. 

Qeyd edək ki, Anar Mədətovun oğlu Mahir Əmrəli tanınmış futbolçudur, Azərbaycan milli futbol komandasının üzvüdür. Anar Mədətov həyat yoldaşından ayrıldıqdan sonra Mahir atasının soyadından imtina edərək ana babasının soyadını götürüb. 

Anar Mədətov məhkəməyə çağırıldı  – Mülk davası

Həmçinin oxuyun

“Qulini snayperlə vurdular” – qatil və sifarişçi haqda sensasion bilgilər

Bu ilin avqust ayının 20-də Antalyadakı hotellərin birində qətlə yetirilən “qanuni oğru” Nadir Səlifovun (Quli …