Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Anadan körpəsinə qandonduran işgəncə: şprislə bədəninə maye sabun yeritdi və… – VİDEO (FOTOLAR)

Anadan körpəsinə qandonduran işgəncə: şprislə bədəninə maye sabun yeritdi və… – VİDEO (FOTOLAR)

Türkiyədə qandonduran hadisə baş verib.
Unikal.org-un Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə İstanbulun Ovçular məhəlləsində baş verib.  Belə ki, hadisə bir müddət əvvəl baş versə də polis qandonduran olayın detallarını yenicə üzə çıxarıb.  Məlumata görə, Elif K. adlı ana 1,5 yaşındakı qızı Eylül Mirayın bədəninin müxtəlif yerlərinə şprislə maye sabun və paltar suyu yeridib.  Qadının əməli bununla da bitməyib. Bu azmış ki, körpəsinin üz nahiyəsini ülgüclə kəsərək ona işgəncə verib. Həkimlərin şübhələnməsindən sonra son 6 ayda iki dəfə həbs olunan ana baş verənləri boynuna almayıb və dəlil yetərsizliyindən sərbəst buraxılıb. 
Bir həftə öncə isə Elif K. polisə gedərək günahını etiraf edib. Həbs olunan 29 yaşlı qadının ifadəsi polisləri şoka salıb: “Qızıma heç cür isnişə bilmədim, ölməsi üçün bu hərəkətləri etdim”. 
Ana körpəsinə işgəncə verdiyi üçün tutularaq həbsxanaya göndərilib.
1,5 yaşlı Eylül Miray isə xəstəxanaya yerləşdirilib və müalicədən sonra körpənin vəziyyəti yaxşılaşıb. 
 

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …