Ana səhifə / Kriminal / Ana və oğlunun meyiti çıxarıldı – Partlayışda ölənlərin sayı 3-ə çatdı

Ana və oğlunun meyiti çıxarıldı – Partlayışda ölənlərin sayı 3-ə çatdı

Gəncə şəhərində baş verən partlayış zamanı binanın 4 sakini dağıntılar altında qalıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə 4 mərtəbəli binanın 3-cü mərtəbəsində qaz sızmasından baş verib.

Dağıntılar altında qalan sakinlərdən birinin,1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun meyiti çıxarılıb. Digər 3 şəxsin səhhəti ilə bağlı vəziyyət məlum deyil.

***

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, bir yaralı dağıntılar altından çıxarılıb.

***

Dağıntılar altından çıxarılan hərbçi Məmmədov Orxan Oktay oğludur və o, Hərbi Hospitala yerləşdirilib.

***

Əldə etdiyimiz son məlumata görə, daha iki nəfərin meyiti çıxarılıb. Şəxsiyyəti məlum olmayan qadınla birgə 20-25 yaşlı oğlunun cəsədi dağıntılar altından çıxarılıb. Oğlanın Gəncədə “McDonalds”da işlədiyi bildirilir.

***

Dağıntılar altından çıxarılan son iki nəfərin də şəxsiyyəti məlum olub. Onlar 1971-ci il təvəllüdlü Tağıyeva Nigar Tağı qızı və onun övladı, 1994-cü il təvəllüdlü Heydərov Hüseyn Oktay oğludur.

 

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …