Ana səhifə / Kriminal / Ana qızının qatilini bağışladı

Ana qızının qatilini bağışladı

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə ittiham olunan Mahir Qocayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.orgun xəbərinə görə, prosesdə təqsirləndirilən Mahir Qocayev ifadə verib. Elan olunmuş ittihamla özünü qismən təqsirli bildiyini deyən M.Qocayev hadisə baş verən gün ilk olaraq arvadı Ülviyyə Allahverdiyevanın onu bıçaqla vurduğunu bildirib. M.Qocayevin ifadəsinə görə, həyat yoldaşını, bıçağı onun əlindən alandan sonra vurub.

Hakim xatırladıb ki, ekspertiza rəyində Mahir Qocayevin özü-özünü bıçaqladığı qeyd edilib.

Şahid qismində məhkəmədə dindirilən M.Qocayevin anası İradə Əliyeva hadisə barədə qızından eşitdiyini bildirib: “Mənə onların bir-birini bıçaqladığını dedi”.

Hakim şahidə istintaqdakı ifadəsini xatırladıb. Məlum olub ki, İradə Əliyeva istintaqa verdiyi ifadəsində oğlunun əvvəlcə arvadını, sonra isə üzünü bıçaqladığını deyib. Bu xatırlatmadan sonra İradə Əliyeva müstəntiqə verdiyi ifadəsini təsdiq etdiyini deyib.

Daha sonra mərhumun anası S.Allahverdiyeva ifadə verib. O heç bir şikayətinin olmadığını deyib. Fikrini isə qızının övladını düşünməsi ilə əsaslandırıb.

Məhkəmə prosesi martın 12-də davam etdiriləcək.

Qətl hadisəsi ötən il oktyabrın 25-də Nərimanov rayonu, X.Şuşinski küçəsi 63 ünvanında baş verib. 1994-cü il təvəllüdlü Qocayev Mahir Famil oğlu keçmiş arvadı, 1994-cü il təvəllüdlü Allahverdiyeva Ülviyyə Mahir qızını qətlə yetirib. M.Qocayev cinayəti törətdikdən sonra intihar məqsədilə özünə də bıçaqla xəsarət yetirib.

Hadisənin baş verməsinə səbəb keçmiş ər-arvadın uşaq üstündə mübahisəsi olub.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …