Bazar ertəsi , Yanvar 17 2022
Ana səhifə / Kriminal / Ana öz qızını oğurlayıb pul tələb edir? – DİN-dən yayılan iddiaya reaksiya (Xəbər yenilənib)

Ana öz qızını oğurlayıb pul tələb edir? – DİN-dən yayılan iddiaya reaksiya (Xəbər yenilənib)

“Şirvan şəhər sakini Tamella Mustafayeva 2008-ci il təvəllüdlü nəvəsi A.A-nın narkotik istifadəçisi olan anası tərəfindən zorla Bakı şəhərinə aparılması, atalığı tərəfindən döyülməsi və polis tərəfindən şikayətə baxılmaması ilə bağlı sosial şəbəkələrdə iddialar səsləndirib”.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, iddialar dərhal DİN-in nəzarətinə götürülməklə müvafiq araşdırmalar aparılıb, bütün təfərrüatları yoxlanılıb: “Məlum olub ki, nənə əsəb-nevroloji xəstəlikdən əziyyət çəkir, müvafiq səhiyyə orqanında rəsmi qeydiyyatdadır. A.A-nın atalığı tərəfindən döyülməsi, ananın narkotik istifadəçisi olması ilə bağlı olan iddialar təsdiqini tapmayıb.

A.A-nın müvafiq polis bölməsində ananın iştirakı ilə izahatı alınıb. O, heç kim tərəfindən zorakılığa məruz qalmadığını, atalığını heç iki il müddətdən artıq olar ki, görmədiyini bildirib. Ana və qızı qeydiyyatda olduqları Şirvan şəhərinə qayıdıblar. Bu gün yenidən ailə əlaqə saxlanılıb, onları narahat edən hansısa neqativ halın olmadığını bildiriblər”.

***

Daxili İşlər Nazirliyi (DİN) Bakıda yeniyetmə qızın anası tərəfindən nənəsinin evindən oğurlanması ilə bağlı iddialara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev  bildirib ki, yayılan məlumatlar araşdırılır: “Bu barədə məlumatlıyıq. Artıq araşdırmalara başlanılıb”.

Xatırladaq ki, sosial şəbəkələrdə Şirvan rayon sakini Tamella Musatafayeva qızının narkotik aludəçisi olduğunu iddia edir. O bildirib ki, 14 yaşlı nəvəsi qızı və onun tanışı tərəfindən evindən oğurlanıb. T.Musatafayevanın iddiasına görə, həmin şəxslər yeniyetmənin ona qaytarması müqabilində 5 min manat pul istəyirlər/Report.

Həmçinin oxuyun

Şöbədə öldürülən Xanım qətldən əvvəl nə demişdi?

Ötən ilin sentyabrın 30-da serjant İsmayıl Məmmədovun şöbədə ondan şikayətçi olan arvadını güllələyib öldürməsi ilə …