Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Ana 12 yaşlı qızını doğrayaraq ət maşınında çəkib

Ana 12 yaşlı qızını doğrayaraq ət maşınında çəkib

Honkonqda dəhşətli qətl hadisəsi baş verib.

“Qafqazinfo” “Daily Mail”ə istinadən xəbər verir ki, polis 12 yaşlı qızını qətlə yetirən qadını həbs edib.

Məlumata əsasən, 37 yaşlı Çao mətbəx bıçağı ilə əvvəlcə uşağı öldürüb. Daha sonra cəsəddən canını qurtarmaq üçün onu balaca hissələrə ayırıb. Qalıqların bir hissəsini ət maşını ilə çəkib, bəzilərini isə vannaya qoyub.

Qətlin üstünün açılmasına isə qadının qonşudan aldığı telefonu qaytarmaması səbəb olub. Hadisə yerinə gələn polis evin qapısını qıraraq mənzilə daxil olub. Təhlükəsizlik xidmətinin əməkdaşları evdə cəsədin qalıqlarını aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır. Cinayətin hansı səbəbdən törədildiyi məlum deyil.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …