Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Amerika pul vermədi, Azərbaycanın ikinci peyk sövdələşməsi batdı

Amerika pul vermədi, Azərbaycanın ikinci peyk sövdələşməsi batdı

ABŞ-ın “Orbital ATK” şirkəti Azərbaycanla peyk sövdələşməsinin baş tutmadığını elan edib.

Virtualaz.org saytı xəbər verir ki, şirkətin biznesin inkişafı və beynəlxalq əlaqələr üzrə üzrə regional vitse-prezidenti Ted Makfarland ABŞ-ın Ex-İm bankının maliyyə dəstəyinin təmin edilməməsi ucbatından şirkətin üçüncü peyk sövdələşməsini itirdiyini açıqlayıb.

Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azerspace-2” kosmik peykini 2017-ci ildə orbitə çıxarmağa hazırlaşırdı.

ABŞ Konqresi Ex-İm bankına büdcə ayrılmasına veto qoyub. Konqres bildirir ki, bank öz missiyasından kənara çıxır və iri korporasiyalara kredit ayırmaqla onların biznes maraqlarının təminatçısına çevrilir.

Azərbaycanın milli peyk operatoru “Azərcosmos” “Orbital ATK” şirkəti ilə ikinci peykin istehsalı və orbitə buraxılması üçün danışıqlar aparırdı. Şirkət bu sifarişi Ex-İm bankının ayırdığı aşağı faizli kredit hesabına həyata keçirməli idi. Lakin Ex-İm bankının maliyyə dəstəyini kəsməsi nəticəsində sövdələşmə pozulub.

“Biz sadəcə olaraq Ex-İm bankın Azərbaycanın ikinci peykinə kredit dəstəyinin kəsilməsi ucbatından bu günlərdə çox şey itirdik”-Makfarland Vaşinqtonda biznes  konfransında deyib.

Vitse-prezident deyib ki, Ex-İm bankın kredit dəstəyinin kəsilməsindən sonra “Azərkosmos” Kanadanın Ex-İm bankına müraciət edib.

“Biz qapının arxasında qaldıq. Azərbaycandan razılıq məktubu almışdıq, ancaq sonra bu razılaşmanı itirdik”– deyə Makfarland bildirib.

Biznesmen deyib ki, Ex-İm bank ABŞ-ın bütün peyk şirkətlərinin beynəlxalq müqavilələrinin 60 faizinə yaxınını dəstəkləyirdi. Habelə bank “Boeing” korporasiyasının sərnişin təyyarələri satmasına kredit dəstəyi verib.

Həmçinin oxuyun

İrandan gətirilən 6 kiloqram narkotik maddə Bakı gömrüyündən necə keçirilib?-Video

Jurnalist Samir Feyruzov öz sosial şəbəkə hesabında ölkədə fəaliyyət göstərən bəzi karqo şirkətlərinin artıq narkotrafiklə …

Bir cavab yazın