Çərşənbə axşamı , Noyabr 29 2022
Ana səhifə / Kriminal / “AMAY Abdulla”nın işçiləri ilə bağlı qərar verildi

“AMAY Abdulla”nın işçiləri ilə bağlı qərar verildi

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən “Xudafərin” MMC-nin vəzifəli şəxsləri – Anar Məmmədov, Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Türkiyə vətəndaşı Emin Gülün barələrindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakimi Nazim Mövsümovun sədliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hökm və ya qərar dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Məmmədov və Ramiz Quluzadə hər biri 6 il müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalından həbs olunublar.

Barələrində ev dustaqlığı qətimkan tədbiri seçilmiş digər şəxslərə isə şərti cəza verilib.

Qeyd: “Xudafərin” MMC-nin vəzifəli şəxsləri – Anar Məmmədov, Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gül Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

İstintaq dövründə onların barəsində həbs qətimkan tədbiri seçilməmişdi.

Cinayət işində 47 zərərçəkmiş var. Təqsirləndirilən şəxslər, ümumilikdə, 2 milyon manat dəyərində dələduzluq etməkdə təqsirli biliniblər.

Məhkəmədə elan olunmuş ittiham üzrə Anar Məmmədovla Ramiz Quluzadə özlərini qismən təqsirli bildiklərini, digərləri isə özlərini təqsirli bilmədiklərini deyib.

Xatırlatma: “Xudafərin” MMC “AMAY Abdulla” kimi tanınan iş adamı Abdulla Abdullayevə məxsusdur.

Həmçinin oxuyun

16 yaşlı cüdoçunu öldürən şəxs belə saxlanıldı – Video

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bakının Şağan qəsəbəsində qətl hadisəsi törədilib. 2002-ci il …