Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Kriminal / Almaniyaya mühacirət edən keçmiş hərbiçimiz intihar etdi

Almaniyaya mühacirət edən keçmiş hərbiçimiz intihar etdi

Almaniyanın Deggendorf şəhərində Azərbaycan vətəndaşlarının yerləşdiyi qaçqınlar düşərgəsində yaşayan Məmmədova Humay 2 gün əvvəl dərman içməklə ozunə qəsd edib. Mühacirlərin Criminal.az saytına verdiyi məlumata görə, o, xəstəxanaya catdirilsa da bu gün xəstəxanada dünyasını dəyişib.

Səbəb isə Dublin qərarinin icrasina məhrum Məmmədova Humayin əsaslı etirazının objektiv araşdırilmamağı olub. Məlumata görə Məmmədova 1972-ci ildə Qərbi Azərbaycanda anadan olub. Müəyyən müddət Azərbaycanda hərbiçi olub və saglamliginda problemləri olub. Lakin həkimlər onun müalicəsinə diqqət ayırmayıb. H. Məmmədova xəstəxanaya aparılan zaman 9 azyaşli qizinin Almaniyada yaşayan bacisina verilməsini xahis edib. İlkin ehtimala görə, H.Məmmədova Azərbaycana göndərilməmək üçün özünə qəsd edib. Bu gün başqa bir Azərbaycanlı xanım özünə Berlində qəsd edib. Hazirda xəstəxanadadir. Bu son 10 gündə 3-cu intihara cəhd hadisədir.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …