Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Almaniyada Azərbaycan əsilli qadın yandırılaraq öldürüldü

Almaniyada Azərbaycan əsilli qadın yandırılaraq öldürüldü

Almaniyada Azərbaycan əsilli qadın hücuma məruz qalaraq öldürülüb.

Bu barədə “Report” “Radiobielefeld”ə istinadən xəbər verir.
Məlumata görə, hadisə Şimali Reyndə baş verib.
Lemqo şəhərində maskalı velosipedçi 33 yaşlı piyadanın başına daha əvvəl tezalışan mayeyə batırılmış yanan əski atıb. Nəticədə qadın ikinci dərəcəli yanıq xəsarətləri alaraq ölüb. Məlumata görə, ölən şəxs Azərbaycan əsillidir.
Hadisəni törədən şəxsin axtarışları davam edir. Cinayətin başvermə səbəbi hələ məlum deyil. 

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …