Şənbə , Aprel 4 2020
Ana səhifə / Kriminal / Almaniyada Azərbaycan əsilli qadın yandırılaraq öldürüldü

Almaniyada Azərbaycan əsilli qadın yandırılaraq öldürüldü

Almaniyada Azərbaycan əsilli qadın hücuma məruz qalaraq öldürülüb.

Bu barədə “Report” “Radiobielefeld”ə istinadən xəbər verir.
Məlumata görə, hadisə Şimali Reyndə baş verib.
Lemqo şəhərində maskalı velosipedçi 33 yaşlı piyadanın başına daha əvvəl tezalışan mayeyə batırılmış yanan əski atıb. Nəticədə qadın ikinci dərəcəli yanıq xəsarətləri alaraq ölüb. Məlumata görə, ölən şəxs Azərbaycan əsillidir.
Hadisəni törədən şəxsin axtarışları davam edir. Cinayətin başvermə səbəbi hələ məlum deyil. 

Həmçinin oxuyun

Bakıda onlayn narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb

Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi …