Çərşənbə , Fevral 8 2023
Ana səhifə / Kriminal / Alimpaşa Məmmədovun oğlu Beynəlxalq Bankı məhkəməyə verdi

Alimpaşa Məmmədovun oğlu Beynəlxalq Bankı məhkəməyə verdi

“Şəmkir Səbət Ticarət Mərkəzi” MMC “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə bağlı məhkəməyə müraciət edib.

Bu barədə MMC Bakı Kommersiya Məhkəməsinə üz tutub.

“Şəmkir Səbət Ticarət Mərkəzi” müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb.

İddia hakim Zeynəb Axundovanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

“Şəmkir Səbət Ticarət Mərkəzi” MMC 2021-ci ilin aprel ayında DTX tərəfindən həbs edilən Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) sabiq icra başçısı Alimpaşa Məmmədov oğlu Adil Adilzadənindir.

A.Məmmədovun cinayət işində qeyd olunub ki, o, keçmiş icra başçısı kimi vəzifəsindən sui-istifadə edərək “Çinarlı Qəsəbə”nin bütün paylarını oğluna və tabeliyində fəaliyyət göstərən digər şəxslərə məxsus “Şəmkir Səbət Ticarət Mərkəzi” MMC-yə cəmi 40 manata satıb. Kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən “Şəmkir Səbəti” də “Çinarlı qəsəbə” MMC-nin nəzdində təsis edilib. 2017-ci ildə bu müəssisənin açılışı olub. Açılış mərasimində A.Məmmədov da iştirak edib.

Xatırladaq ki, hazırda A.Məmmədovun cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Pravda.az

Həmçinin oxuyun

Kürdəmirin həbsdəki sabiq icra başçısı “məni buraxın, bəraət verin…” deyir

Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov və onunla birgə tutulan digər sabiq vəzifəli …