Bazar , Yanvar 29 2023
Ana səhifə / Kriminal / Alimpaşa Məmmədovun məhkəməsi niyə təxirə salındı?

Alimpaşa Məmmədovun məhkəməsi niyə təxirə salındı?

Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilməsi nəzərdə tutulan Şəmkir rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi təxirə düşüb.

Hakim Nural Əliyevin sədrliyi ilə keçirilməsi nəzərdə tutulan məhkəmə prosesi hakimlərin işlərinin çox olması səbəbindən təxirə salınıb.

Məhkəmənin növbəti iclasının dekabrın 29-da keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.
Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Report

Həmçinin oxuyun

Azərbaycanlı kriminal avtoritet şok ittihamla tutuldu

Yanvarın 27-də 43 yaşlı keçmiş “qanuni oğru” Rafet Əmirov Özbəkistanda saxlanılıb. Azərbaycanlı kriminalın iki dövlət- …