Cümə , Dekabr 9 2022
Ana səhifə / Kriminal / Alimpaşa Məmmədov təcridxanaya köçürüldü

Alimpaşa Məmmədov təcridxanaya köçürüldü

Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyev sədrliyi ilə keçirilən hazırliq iclasında ilkin dinləmələr keçirilib.
Prosesdə sabiq icra başçısı barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb. Bundan başqa, məhkəmədə Alimpaşa Məmmədovun Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasından Pentensiar Xidmətin təcridxanasına köçürüldüyü məlum olub.

İş üzrə baxış iclası noyabrın 24-ə təyin olunub.

Xatırladaq ki, Alimpaşa Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İş üzrə ibtidai istintaq bitarək baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. APA

Həmçinin oxuyun

İlkinin məhkəməsində Baş Prokurorluq və DİN-in idarə rəislərinin dindirilməsi istənildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə …