Cümə , Fevral 3 2023
Ana səhifə / Kriminal / Alimpaşa Məmmədov məhkəməsində ona 42 avtomobil bağışlanmasından danışdı

Alimpaşa Məmmədov məhkəməsində ona 42 avtomobil bağışlanmasından danışdı

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə proses davam edir.

Yanvarın 12-də keçirilən prosesdə müttəhim Alimpaşa Məmmədov Şəmkir İcra Hakimiyyətində yaratdığı fonddan danışıb. Alimpaşa Məmmədov məhkəməsində fonda toplanan vəsaitlərlə bağlı açıq danşıb. İfadəsində deyib ki, Şəmkirdə iş görmək istəyən sahibkarlar onun yaratdığı fonda rüşvət qismində külli miqdarda vəsait veriblər. Sabiq başçı deyib ki, rüşvət qismində pullar onun köməkçisi Mahir Əliyev vasitəsi ilə ona çatdırılıb.

Alimpaşa Məmmədov hakimin bir neçə sualını da cavablandırıb. Ondan “42 avtomobili hansı pullar hesabına almısız” sualına Alimpaşa Məmmədov “avtomobilləri mənə hədiyyə edirdilər” cavabını verib. Bu zaman hakim “həmin adamsan, bəs indi niyə sənə hədiyyə vermirlər”, – deyə sual edib. Alimpaşa Məmmədov suala cavab verməyib.

Yada salaq ki, Alimpaşa Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunub. Ona Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

Növbəti proses yanvarın 17-də keçiriləcək.

Musavat.com

Həmçinin oxuyun

“Bazarın Akif Çovdarovun qızının adına alqı-satqısı cəmi 20 manata rəsmiləşib”

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin generalı, uzun illər nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinə …