Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Kriminal / Alim Qasımovun kürəkəni həbs edildi – VİDEO

Alim Qasımovun kürəkəni həbs edildi – VİDEO

Xanəndə, xalq artisti Alim Qasımovun kürəkəni Elnur Mövlanov həbs edilib. O, Alim Qasımovun evindən oğurluq etməkdə ittiham olunur.

Bakı Ağır Cinayətlər Məhkəməsində 1979-cu il təvəllüdlü Elnur Mövlanovun cinayət işi üzrə məhkəmə araşdırması keçirilir.

İşə hakim Telman Hüseynovun sədrliyi ilə baxılır.

Oğurluqda ittiham olunan Elnur Mövlanovun cinayət işi üzrə zərərçəkmiş şəxs Alim Qasımovun xanımı və qohumudur.

Alim Qasımovun qızı Fərqanə Qasımovanın həyat yoldaşı olan E.Mövlanov hazırda həbsdədir. O, Alim Qasımovun xanımına məxsus külli miqdarda qızıl-ziynət əşyalarını oğurlamaqda ittiham olunur.

Məhkəmə araşdırması davam edir.

Həmçinin oxuyun

Prokuror AXCP sədrinin mühafizəçisinə cəza istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin mühafizəçisi Niyamməddin …