Cümə , Dekabr 9 2022
Ana səhifə / Kriminal / Alim Qasımovun eks-kürəkəni ilə bağlı QƏRAR

Alim Qasımovun eks-kürəkəni ilə bağlı QƏRAR

Ali Məhkəmədə Xalq artisti Alim Qasımovun evindən pul və qızıl-zinət əşyaları oğurlamaqda təqsirləndirilən keçmiş kürəkəni Elnur Mövlamov barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hökm və ya qərar dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

Elnur Mövlamov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə soyğunçuluq və dələduzluqda təqsirli bilinərək 9 il müddətə azadlıqdan məhrum edilib. Daha sonra Bakı Apellyasiya Məhkəməsi onun həbs müddətini 8 ilə endirib.

İş üzrə zərərçəkmiş qismində Alim Qasımovun həyat yoldaşı Tamilla Aslanova və qızı Fərqanə Qasımovanın prodüseri Rəşadət Fərzəliyev tanınıb. Tamilla Aslanovaya dəymiş ziyanın miqdarı 51 620 manat olub.

F. Qasımova bir neçə il bundan əvvəl rəsmi olmasa da, həyat yoldaşından ayrılıb.

Həmçinin oxuyun

İlkinin məhkəməsində Baş Prokurorluq və DİN-in idarə rəislərinin dindirilməsi istənildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə …