Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Ali Məhkəmə Ata Abdullayevla bağlı qərar verdi

Ali Məhkəmə Ata Abdullayevla bağlı qərar verdi

Bloqer Ata Abdullayev barəsindəki qərardan verilmiş kassasiya şikayətinə baxılıb. 

Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə baxılan iş üzrə qərar elan olunub. 

Qərara əsasən, şikayət təmin olunmayıb. 

Xatırladaq ki, Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü il 7 il azadlıqdan məhrum edilib. 

Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb. APA

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …