Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Kriminal / Ali Məhkəmə Əli Əliyevlə bağlı qərar verib

Ali Məhkəmə Əli Əliyevlə bağlı qərar verib

Vətəndaş və İnkişaf Partiyasının həbsdə olan sədri Əli Əliyev barəsindəki qərardan verilmiş kasasiya şikayətinə baxılıb.

Ali Məhkəmə 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus Mi-17 tipli helikopterində sağ qalan kapitan Ramin Ədilovun şikayəti ilə bağlı qərardan verilən şikayəti təmin etməyib.

Xatırladaq ki, Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus “Mi-17” tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub. Daha sonra R. Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə. Əliyevə 5 ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə sonrakı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib.

VİP sədri sonuncu dəfə isə YAP-ın Binəqədə Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovun şikayəti əsasında məhkəməyə verilib.

VİP sədri Cinayət Məcəlləsinin 148 (təhqir) maddəsi ilə təqsirli bilinərək 6 ay azadlıqdan məhrum edilib. Onun əvvəlki cəzaları birləşdirilib yekun olaraq 1 il azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Hazırda Əli Əliyevlə bağlı başqa bir cinayət işi üzrə istintaq aparılır. APA

Həmçinin oxuyun

Mövlam Şıxəliyevin yeni məhkəməsi başlayır

Cinayət işi  Bakı Apelyasiya Məhkəməsinə qaytarıldı Eyni qərarla cinayət işi üzrə zərərçəkən, mərhum Cahangir Məmmədovun …