Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Aldığı çörəyin içindən konfet kağızı çıxdı

Aldığı çörəyin içindən konfet kağızı çıxdı

Xəzər TV-nin keçmiş aparıcısı, ASAN radionun əməkdaşı Cəlalə Nəzəroğlu Facebook sosial şəbəkəsində “Fresko” Supermarketindən şikayətlənib.

Qafqazinfo”nun məlumatına görə, aparıcı mağazadan aldığı çörəyin içindən konfet kağızının cıxdığını deyib: ““Fresko” market, artıq səbir kasamı daşırdınız!!! (Yasamal bazarının yanındakı). Şənbə günü təndir çörəyinin içindən konfet kağızı çıxdı, apardım, təsdiqlədilər.

O gün təmizlikçi xanımın aldığı bulkanın bir tərəfindən xəmir süzülürdü. İndi də iki gündən qalma pirojkini satıblar. Yeni adı ilə verdiklərinin isə əti zəhər kimi acıdır”.

Aparıcı adıçəkilən marketdə irad bildirmək üçün əlaqə telefonlarına cavab verilmədiyini də bildirib: “Əgər baş ofisin telefonuna bir bəni-insan cavab versəydi, bu mövzu sosiallaşmazdı. Şirkətin telefonuna cavab vermək üçün birinə 300 manat versəniz, kifayətdir. Mahşallah, bu qədər pul qazanırsınız. Müştərinin mədəsi zibilliik deyil!”.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın