Ana səhifə / Kriminal / Akif Usubovu öldürüb cəsədi baqaja qoyan Mamikon Arutyunyan axtarılır

Akif Usubovu öldürüb cəsədi baqaja qoyan Mamikon Arutyunyan axtarılır

Gürcüstan  vətəndaşı 43 yaşlı Mamikon Arutunyan Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Samara vilayəti hüquq mühafizə orqanları tərəfindən axtarışa verilib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, M.Arutunyan iki nəfərin qətlində ittiham olunur.

Onun törətdiyi qətllər 2001-ci ildə Yakutiya Respublikası ərazisində baş verib. Arutunyanın qurbanı yerli sahibkarlar  – 26 yaşlı Sergey Pançenko və 35 yaşlı Akif Usubov olub. Akif Usubovun cəsədi bir il sonra maşının yük yerində yanmış halda aşkar edilib. S.Pançenkonun cəsədini isə bu günə kimi tapmaq mümkün olmayıb.

Mətbuatın yazdığına görə, hüquq-mühafizə orqanları baş vermiş hər iki cinayətin üstünün açılacağından əllərini üzmüşdülər .  Lakin hadisədən uzun illər sonra şahidlər nəhayət ifadə vermək qərarına gəliblər. Amma dərhal  naməlum şəxslər tərəfindən təhdidlərə, hədə-qorxulara məruz qalıblar.

Şahidlərə təzyiq olunmasına rəğmən yaşayış yeri və qeydiyyatı olmayan M.Arutunyan həbs edilməyib. Onun barəsində başqa yerə getməmək barədə iltizam tədbiri seçilib. Arutyunyan isə bundan istifadə edərək aradan çıxıb. Hazırda onun axtarışlarına Samara polisi də qoşulub.

 Virtualaz.org

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …